Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / “AtaBank” ASC-nin İdarə Heyətindəki istefa ilə bağlı ŞOK İDDİA – saxta sənəd qalmaqalı…

“AtaBank” ASC-nin İdarə Heyətindəki istefa ilə bağlı ŞOK İDDİA – saxta sənəd qalmaqalı…

Fevralın 11-də “AtaBank” ASC-nin İdarə Heyətindən istefa verən Elnur Osmanovun işdən getməsinin səbəbi bəlli olub.

Məsələ ilə bağlı AzFakt.com saytını məlumatlandıran mənbənin bildirdiyinə görə, rəsmən elan olunduğu kimi Elnur Osmanov öz iradəsi ilə “AtaBank” ASC-nin İdarə Heyəti üzvlüyündən istefa verməyib, bank rəhbərliyi tərəfindən istefaya məcbur edilib. Bank rəhbərliynin Elnur Osmanovdan narazılığının səbəbi isə sonuncunun “AtaBank” rəhbərliyi adından məhkəməyə saxta sənəd təqdim etməsi olub.

Mənbə yaxın günlərdə Elnur Osmanovun cəlb olunduğu məhkəmə materiallarını, həmçinin “AtaBank”ın adından təqdim edilən saxta sənədi redaksiymıza təqdim edəcəyini bildirib.

“AtaBank” ASC-nin İdarə Heyətindəki istefa ilə bağlı ŞOK İDDİA
Elnur Osmanov

Bildirək ki, saytımıza verilən məlumatla bağlı “AtaBank” ASC ilə əlaqə yaratdıq. Bankdan bildirdilər ki, Elnur Osmanov öz istəyi ilə İdarə Heyəti üzvülüyündən istefa verib.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

dia.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın