Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / AST Telman otel davasına başladı

AST Telman otel davasına başladı

Azərbaycanlı milyarder Telman İsmayılov borcları səbəbi ilə “Halk Banka”a satılan  “Mardan Palas” otelinin tenderinin ləğvi üçün məhkəməyə müraciət edib.

 

Baku.ws-in məlumata görə, Antalya 5-ci İcra Hüquq Məhkəməsində keçirilən prosesdə “AST” şirkətlər qrupu adından vəkil Murat Türkal iştirak edib. Məhkəmə prosesində hakiminin iki tərəf arasında sülh əldə edilməsi təklifi hər iki tərəfdən rədd edilib.

 

Vəkil Türkal məhkəmə predmeti olan daşınmaz əmlakın satışının qanunlara uyğun olmadığını bildirib. Qarşı tərəfin vəkili İsmayıl Çalım tenderin qanunlara uyğun olduğunu, məhkəmənin keçirilməsi istəyinin tenderin gecikdirilməsi üçün açıldığını iddia edib.

 

Azərbaycanlı milyarder Telman İsmayılov “Mardan Palas” otelini 1,4 milyard dollara inşa etdirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın