Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / “Azercell” müştəriləri niyə və necə aldadır?

“Azercell” müştəriləri niyə və necə aldadır?

Son günlər “Azercell” mobil operatorunun müştərilərini aldatması, balansdan əlavə məbləvlərin tutulması haqqında mətbuatda davamlı olaraq informasiyalar yayılır. Bu dəfə isə “Azercell”in qısa nömrələrə zəng üçün müəyyən olunan tarifdən əlavə vəsait çıxılması iddia olunur. Bir müddət öncə də “Azercell” mobil operatorunun öz müştərilərini xəbərdarlıqsız ödənişli kampaniyalara qoşması haqqın məlumatlar yayıldı. Müştərilər bildirirlər ki, istər qısa nömrələrə, istərsə də digər operator nömrələrinə zəng zamanı “Azercell” hesabdan müəyyən olunmuş tarifdən əlavə vəsait silir. Bu da “Azercell” müştərilərinin haqlı narazılığına səbəb olur.

Qeyd edək ki, bu günə qədər səslənən iddiaların heç birinə “Azercell”dən rəsmi cavab gəlməyib.

Cebhe.info olaraq “Azercell”dən bütün bu səslənən fikirlərə münasibət öyrənmək üçün əlaqə saxlamağa cəhd etdik. “Azercell” Telekom MMC-nin baş ofisindən saat 11.30 üçün zəng etməyimizi və suallarına ancaq o zaman cavab veriləcəyini bildirdilər. Deyilən vaxtda yenidən baş ofislə əlaqə saxlasaq da, suallarımız yenə də cavabsız qaldı. “Azercell” susmaqla bir növ səslənən iddiaları qəbul etmiş olur.

Həmçinin oxuyun

Yubileyini qeyd edən Firəngiz Mütəllimova: “Şuşaya köçəcəyim günü gözləyirəm”

Bu gün Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. Sənətkarın 65 yaşı tamam olur. Məşhur …

Bir cavab yazın