Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “Yeni Bakı” sakinlərinin qaz dərdi… – ŞİKAYƏT

“Yeni Bakı” sakinlərinin qaz dərdi… – ŞİKAYƏT

“Mənzil alarkən qaz, işıq və su sayğacları üçün 700 manat ödəmişik. 1 il 6 aydır burda yaşayıram, qaz sayğacını keçən ay quraşdırdılar. Müqavilə üzərində şirkət binaları daimi qazla, işıqla, su ilə təmin edəcəyini üzərinə götürsə də, öhdəliklərini yerinə yetirmir. 3 uşağımla soyuqdan donuram”. Bunu Masazırdakı “Yeni Bakı” yaşayış kompleksindəki 3c binasının sakini Samirə Kərimova deyir.

Kompleksin sakinləri uzun müddətdir ki, buranı tikmiş “İlin dörd fəsli” şirkətindən binalara qaz verilməsini tələb edirlər. Demələrinə görə, şirkət hər dəfə “bu gün, sabah” deməklə sakinləri aldadır.

Samirə Kərimova: “Yeni tikililərdir deyə, çətin qızdırılır. Soyuqdan ölməmək üçün məcbursan ki, elektrik cihazları qoşasan. Bir tərəfdən hər ay azı 120-130 manat işıqpulu ödəyirik, bir tərəfdən də elektrik xətlərində qısaqapanma riskləri çoxalır, həyatımız təhlükədə qalır. Qonşular yığışıb dəfələrlə şirkətin baş ofisinə gediblər. Hər dəfə şirin vədlər verib yola salırlar”.

“İlin dörd fəsli” MMC-dən isə bildirilib ki, yaşayış kompleksindəki binaların çoxuna qaz verilib. Sonradan tikilib təhvil verilən binalarda da sayğaclaşma işləri aparılıb. Yaxın vaxtlarda həmin binalara da qaz veriləcək:

“Başlıca səbəb bəzi binalarda yaşayışın az olmasıdır. Sakinlər evlərinə köçdükcə, həmin binalara da qaz verilir”.

Bu arada yaşayış kompleksini inşa etmiş “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsini məhkəməyə verib. Şirkət 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində qaldırdığı iddiada “Yeni Bakı” sakinlərinin yaratdığı “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qeydiyyatının ləğvini tələb edir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın