Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial (səhifə 796)

Sosial

Paytaxt sakinlərini narahat edən problemə aydınlıq gətirildi: Cəzalanacaqlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər …

Ətraflı oxu »

Günlərdir Bakı sakinlərini boğan zəhərli qazı yayanlar açıqlandı – RƏSMİ

Bakının bir sıra rayonlarında günlərdir müşahidə olunan, insanların nəfəs almasını çətinləşdirən kəskin iyin mənşəyi aşkarlanıb. Məlum olub ki, onsuz da kifayət qədər çirkli olan paytaxt havasını zəhərli qazlarla çirkləndirənlər SOCAR-ın üç müəssisəsidir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir. Xatırladaq ki, Bakı sakinləri günlərdir sosial şəbəkələrdə …

Ətraflı oxu »

İkinci Dünya müharibəsi iştirakçılarına diqqət artır

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridir 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarını cəmiyyətimizdə ən hörmətli insanlar kimi dəyərləndirərək, onları “xalqımızın qızıl fondu” adlandıran ümummilli liderimiz Heydər Əliyev həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəal dövlət siyasətinin formalaşmasını təmin edib. Azərbaycanın dövlət müstəqilliyi …

Ətraflı oxu »

Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb

Paytaxtın bir zamanlar məşhur olan “Şərq bazarı”nın taleyi indi müammalıdır. Martın 31-dən boşaldılan bazar indi müharibədən sonrakı  xarabalığı xatırladır, mağazaların tullantıları binanın giriş-çıxışındakı pilləkənlərin üstünə yığılıb. Reklam lövhələri qopardılıb, mağazaların qapıları çirkabdan bir neçə rəngə çalır. Binanın girişində iri hərflərlə yazılmış “kameralar işləyir” elanı asılıb. Mağazalar köçürülərkən satıcılara binanın  təmir …

Ətraflı oxu »

Pullu yol nə vaxt istifadəyə veriləcək? – Tarix açıqlandı

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun inşası işləri bu ilin yay aylarında yekunlaşacaq. ” Azinforum.az ” xəbər verir ki, bu barədə Trend-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşıb: “İran sərhədinə qədər …

Ətraflı oxu »

Azad Rəhimovun oğlu Vergilər Nazirliyini məhkəməyə verdi

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırıb. Azinforum.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cavab kimi nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamenti tanınıb. Şirkət nazirliyin vergi yoxlamarı ilə bağlı …

Ətraflı oxu »

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib. Virtualaz.org Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 00:52-də Ağdam rayonundan 7 km şimalda  zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.2, dərinliyi 25 km olub. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Ətraflı oxu »

Güzəştli ev satışında problem: sistem çökdü… – Rəsmi

“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb. Axar.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan …

Ətraflı oxu »

Nazirlik yaşlı əlilin problemilə maraqlanmır – Çernobıl əlili ACINACAQLI DURUMDA

İkinci qrup Çernobıl əlili Bayramov Sahib Oruc oğlu Çernobıl əlillərinə düşən heç bir imtiyazdan istifadə edə bilmir. Redaksiyamıza müraciət edən Sahib Bayramovun sözlərinə görə, hazırda 6 nəfər ailə üzvü ilə birlikdə 30 kvadrat sahəsi olan evdə çox çətin şəraitdə yaşayır. Həyat şəraitinin acınacaqlı durumda olduğunu dilə gətirən Sahib Bayramovun sözlərinə …

Ətraflı oxu »

Sabah axşamdan hava dəyişəcək: şimşək, yağış, dolu…

Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 22-26, Bakıda gecə …

Ətraflı oxu »