Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Nazirlik yaşlı əlilin problemilə maraqlanmır – Çernobıl əlili ACINACAQLI DURUMDA

Nazirlik yaşlı əlilin problemilə maraqlanmır – Çernobıl əlili ACINACAQLI DURUMDA

İkinci qrup Çernobıl əlili Bayramov Sahib Oruc oğlu Çernobıl əlillərinə düşən heç bir imtiyazdan istifadə edə bilmir.

Redaksiyamıza müraciət edən Sahib Bayramovun sözlərinə görə, hazırda 6 nəfər ailə üzvü ilə birlikdə 30 kvadrat sahəsi olan evdə çox çətin şəraitdə yaşayır.

Həyat şəraitinin acınacaqlı durumda olduğunu dilə gətirən Sahib Bayramovun sözlərinə görə, onun bu vəziyyəti ilə heç bir aidiyyatı qurum maraqlanmaq istəmir.

“Keçən ildən Çernobıl əlillərinə verilən aylıq pulumuzu da kəsiblər. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Mən yaşda adamı hər dəfə bir yerə göndərirlər. Axırıncı dəfə məni Xətai rayon İcra hakimiyyətinə göndərdilər. Onlarda deyirlər ki, biz pul vermirik, pul yoxdur. Fonddan gərək pul ayrılsın deyirlər. Getmişəm Fonda, onlar da deyir problem var, Maliyyə Nazirliyi pul ayırmayıb. Mənə deyirlər 2018-ci ildə Maliyyə nazirliyi pul ayırmalıdır. Ayıranda verəcəyik. 2018-ci ilin büdcəsi təsdiqlənibsə, yenidən necə pul ayrıla bilər? Aldadırlar məni”.

Çernobıl əlillərinə verilən aylıq məvacibi belə ala bilməyən Sahib Bayramov 2011-ci ildən Xətai rayon İcra hakimiyyətində ev növbəsində dayandığını , lakin ev problemini də həll edə bilmədiyini dilə gətirir:

“Dəfələrlə müraciət edirəm, deyirlər ancaq Qarabağ və şəhid ailələrinə ev verilir. Axı Çernobıl əlillərinin imtiyazı var. 2018 -ci ilin aprel ayının 9-da Qarabağ və 20 yanvar əlillərinə maşın verdilər. Onlara deyirəm ki, növbədəyəm, mənə deyirlər ki, növbədə 46-ci adamsan. Siyahıda elə yaşda adamlar var ki, onlar rəhmətə gedib. O adamlarla əlaqə saxlamaq heç mümkün deyil. Deyirəm siyahını niyə yeniləmirsiniz? Deyirlər mənə ki, nə qəzəl oxuyursan? Hansı nömrəyə də zəng edirəm bir birilərinə ötürür, deyirlər ki, biz baxmırıq. İndi biz kimə müraciət edək, kimə dərdimizi deyək? Dəfələrlə Prezidentimizə, Milli Məclisə məktub yazmışam. Mənə deyirlər ki, Cənab prezidentimiz sərəncam verib, maşın, ev Qarabağ əlillərinə verilir. Çernobıl əlillərinə heçnə düşmür. Deyirəm bəs imtiyaz var, əlimizdə qanun var, amma heç kim baxmaq istəmir. Bircə ümidim qalıb ki, Ukraynaya müraciət edim”.

mənbə: sonxeber.az

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …