Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya (səhifə 189)

Dünya

Aylar sonra Çində ilk yaşandı

Çində koronavirus epidemiyasının başlamasından bəri ilk dəfə ölkə daxilində yoluxma halı qeydə alınmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komissiyası açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, çinli həkimlər yalnız ölkə xaricindən gələnlərdə aşkarlanan yoluxmalarla mübarizə aparırlar. Belə ki, ötən gün ərzində aşkarlanan 34 yoluxma faktının hamısı …

Ətraflı oxu »

İranda bir gündə koronavirusdan 145 nəfər öldü

İranda son sutka ərzində 145 nəfər koronavirusdan ölüb. Bu barədə İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. Onun sözlərinə görə, ölkə üzrə virusdan ölənlərin sayı 1135-ə, yoluxanların sayı isə 17 min 361 nəfərə çatıb. Bununla yanaşı, 5710 nəfər xüsusi xəstəxanalarda müalicə olunaraq sağalıb.

Ətraflı oxu »

Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu

Türkiyədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məscidlərdə camaat namazının qılınması müvəqqəti qadağan edilib. Bu barədə Türkiyə Dəyanət İşləri İdarəsi məlumat yayıb. Müsəlmanlara dini ibadətləri evdə etmək tapşırılıb. Bildirilib ki, cümə namazının əvəzinə evdə günorta namazı qılına bilər.

Ətraflı oxu »

Ukraynaya getmək istəyənlərin DİQQƏTİNƏ: Qatarların hərəkəti dayandırılır

Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə  martın 17-si  saat  00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb. Unikal.org xəbər verir ki, bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti …

Ətraflı oxu »

Operativ qərargah Moskvada koronavirusa yoluxanlar üçün 500 yerlik xəstəxana tikir

Moskvanın koronovirus üzrə Operativ qərargahı bu virusa yoluxanlar üçün xüsusi xəstəxananın tikintisinə başlayıb və tikintiyə dair videokadrları yayıb. Virtualaz.org xəbər verir ki, mobil infeksion xəstəxana Kalujsk şossesində tikilir və tikinti gecə-gündüz davam edir. Qərargah bildirir ki, mobil xəstəxana Moskvadakı 1 saylı klinik infeksion xəstəxananın və Kommunarkadakı stasionarın əlavəsi kimi fəaliyyət göstərəcək, …

Ətraflı oxu »

Ermənistan koronavirusa görə MDB-də üzdəniraq birinci yerə çıxdı…

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan işğalçı ölkədə koronavirusun yayılmasıyla bağlı maraqlı rəqəmlər açıqlayıb.Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə,  Q.Baqratyan Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla MDB ölkələrində 100 min nəfərə düşən  koronavirus xəstələrinin  sayı ilə bağlı  cədvəli təqdim edib.Ermənistan – 1Moldova – 0.45Belarus – 0,27Azərbaycan – 0,15Rusiya – …

Ətraflı oxu »

Həsən Ruhani dünyanın ölkə rəhbərlərinə məktub göndərdi:”Virusa qarşı birgə mübarizə aparmalıyıq”

İran prezidenti Həsən Ruhani  koronavirusla bağlı dünyanın ölkə rəhbərlərinə məktub ünvanlayıb.  H.Ruhani öz məktubunda bildirib ki, bu epidemiya sərhəd tanımır, qurbanlarının da siyasi, milli, irqi və dini  fərqliliyinə görə  seçmir. Məktubda qey olunur ki, bu virusla beynəlxalq və regional əməkdaşlıq çərçivəsində eləcə də koordinasiyalı şəkildə mübarizə aparmaq lazım, xalqın ehtiyaclarını  təmini, yoxsul və az …

Ətraflı oxu »

“Burda vəziyyət gərgindir“ – İtaliyada qalan azərbaycanlı tələbə

“Burda vəziyyət gərgin olaraq qalır”. İtaliyada təhsil alan Günel İsmayılova hal-hazırda İtalyadakı vəziyyəti şərh edib. “Artıq 3 ildir ki, İtaliyada təhsil alıram və burada yaşayıram. Universitetim Venesiyada yerləşir. Burda vəziyyət gərgin olaraq qalır. Bizimlə konsulumuz əlaqə saxlayır və  Bakıya gedib istəyib-istəmədiyimiz haqda maraqlanırlar.  Günel deyib ki, İtaliyada vəziyyət gərgin olaraq …

Ətraflı oxu »

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

Hazırda Ermənistanda COVİD-19 virusuna təsdiqlənmiş 15 halı var, xəstələrdən 1-də ağciyər iltihabı aşkarlanıb. Bu barədə “Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb. O, daha 36 nəfəri müayinə etdiklərini, bunlardan 2-də müsbət nəticə çıxdığını bildirib. Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. Yoluxanlar arasında …

Ətraflı oxu »

İranda koronavirusdan ölənlərin sayı 611 nəfərə çatdı

İranda daha 97 nəfər koronavirusun qurbanı olub. İRNA xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə virusdan ölənlərin sayının 611 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 365 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 12 729 nəfərə çatıb. K.Cahanpur həmçinin 4 339 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Ətraflı oxu »