Ana səhifə / Dünya / Operativ qərargah Moskvada koronavirusa yoluxanlar üçün 500 yerlik xəstəxana tikir

Operativ qərargah Moskvada koronavirusa yoluxanlar üçün 500 yerlik xəstəxana tikir

Moskvanın koronovirus üzrə Operativ qərargahı bu virusa yoluxanlar üçün xüsusi xəstəxananın tikintisinə başlayıb və tikintiyə dair videokadrları yayıb.

Virtualaz.org xəbər verir ki, mobil infeksion xəstəxana Kalujsk şossesində tikilir və tikinti gecə-gündüz davam edir. Qərargah bildirir ki, mobil xəstəxana Moskvadakı 1 saylı klinik infeksion xəstəxananın və Kommunarkadakı stasionarın əlavəsi kimi fəaliyyət göstərəcək, orada 500 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Qərargahın yaydığı videokadrlar tikintinin ikinci günündə çəkilib.

Xatırladaq ki, koronovirus pandemiyasının başladığı Çində hakimiyyət virusun episentri olan Uhan şəhəri ətrafında cəmi 9 günə hərəsi 2800 yerlik olmaqla iki xəstəxana tikmişdi.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …