Ana səhifə / Dünya / Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

Hazırda Ermənistanda COVİD-19 virusuna təsdiqlənmiş 15 halı var, xəstələrdən 1-də ağciyər iltihabı aşkarlanıb.

Bu barədə “Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.

O, daha 36 nəfəri müayinə etdiklərini, bunlardan 2-də müsbət nəticə çıxdığını bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. Yoluxanlar arasında İrandan və İtaliyadan qayıdanlar və onlarla təmasda olanlar, habelə 1 İtaliya vətəndaşı və Fransadan gələn şəxs var. Report

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …