Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Vidadi Zeynalovla Məmməd Məmmədov bir-birinin üzünə durur – MƏHKƏMƏ

Vidadi Zeynalovla Məmməd Məmmədov bir-birinin üzünə durur – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi sənədlərin tədqiqi mərhələsi ilə davam edib. Məhkəmədə Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, bu şəxslərə əsasən 2 epizod üzrə ittiham verilib: “İttiham aktında hər bir təqsirləndirilən şəxs, əsas da Vidadi Zeynalov barədə kifayət qədər ziddiyyətli və əsassız məqamlar var. Vidadi Zeynalov maddi-məsul şəxs olmamaqla nazirliyin tabeliyində olan struktur bölmələrinin rəhbəri olmaması və onun aparat rəhbəri kimi buna faktiki səlahiyyətləri olmadığı halda, istintaq orqanı tərəfindən Vidadi Zeynalova qarşı irəli sürülən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə verilən ittiham da əsaslı ola bilməz”.

Vəkil bildirib ki, ittiham aktında “Aztelekom” MMC epizodu üzrə yazılır ki, 2009-2015 il baş mühasib Oqtay Rüstəmova və MMC-nin rəhbəri olmuş Məhəmməd Məmmədov 128 milyon 944 min manat pul vəsaitini cəmiyyətin ayrı-ayrı banklarında hesablarına köçürüblər: “Ümumilikdə 29 milyon 700 manat Vidadi Zeynalova verməklə 243 min və 3 milyon 807 min manat mənimsənilib. Yenə ittiham aktında Məhəmməd Məmmədov və Oqtay Rüstəmova aid hissələrdə göstərilib ki, həmin dövr üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaitin saxta hesabatlarla tərtib etməklə başqa-başqa telekomunikasiya qovşaqlarına köçürdərək pulları sənədləşdirib. ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verilib, 4 milyon 200 manatı Məhəmməd Məmmədova çatıb, 234 min isə Oqtay Rüstəmov özünə götürüb”.

Vəkil əlavə edib ki, Məhəmməd Məmmədov ifadəsində göstərib ki, “Azintelekom” MMC-dən 2009-2015-ci illərdə daxil olan 128 milyon manat xidmət haqqı məbləği “Aztelekom” tərəfindən köçürülüb. Həmin vəsait nazirliyin göstərişi ilə telefon qovşaqlarına, “Azərpoçt”a, “Qafqaz s” və digər şirkətlərə köçürülüb və həmin vəsaitlər nazirliyin kassasından verilib.

Vidadi Zeynalovun vəkili işin onyektiv və.ədalətli araşdırılmasını və Məhəmməd Məmmədovla, Oqtay Rüstəmovun əməllərinin araşdırılmasını tələb edib. Bu zaman məhkəmədə gərginlik yaşanıb. Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev Vidadi Zeynalovun vəkillərinin verdiyi vəsatətə etiraz edib. O, qeyd edib ki, onlar da Vidadi Zeynalovla bağlı ifadələrin səsləndirilməsini tələb edib.

“Aztelekom” sabiq sədri M.Məmmədov eyni qəfəsdə saxlanıldığı Vidadi Zeynalova səslənib. M.Məmmədov sabiq aparat rəhbərinə “Prinsipin mənimlədi? Məndən nə istəyirsən? Mənimlə problemin var?” – deyə səslənib. Vidadi Zeynalov isə onunla heç bir probleminin olmadığını söyləyib.

Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev yerindən sual edərək bildirib ki, müvəkkilinə pul verilməsini sübut etmək Vidadi Zeynalova nə verəcək? Vəkil iddia edib ki, hüquqlarını müdafiə etdiyi Məhəmməd Məmmədova pul verilmədiyini hamı bilir. Bu zaman mübahisə davam edib və vəkil Elxan Süleymanov Şahin Rəfiyevə cavabında bildirib ki, istintaq eyni halı Vidadi Zeynalova tətbiq etməyib və qərəzli olub.

Bu mübahisəyə Vidadi Zeynalov da müdaxilə edib. O, deyib ki, özünün və vəkillərinin məqsədi M.Məmmədovun əleyhinə danışmaq deyil: “Biz istintaqın düzgün aparılmadığını sübut etmək istəyirik. Burada hər kəs başa düşür ki, Məhəmməd nə pul alıb, nə də pul verib. Sadəcə qorxusundan istintaq zamanı dəymiş zərəri ödəyib. Məqsədimiz istintaqın obyektiv olmamasını ortaya çıxarmaqdır”.

Bildirək ki, M.Məmmədov ittihamda qeyd edilən dəymiş zərəri ödəyib. M.Məmmədov zərərin dostları tərəfindən ödənildiyini bildirib.

Növbəti məhkəmə prosesi martın 3-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın