Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı : “Mən özüm daim həmin şəhid  ailəsinin  yanındayam”

İcra başçısı : “Mən özüm daim həmin şəhid  ailəsinin  yanındayam”

Fevralın 25-də Xocavənd rayonunda şəhid olan əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında deyil, ümumi qəbiristanlıqda dəfninin ailəsinin narazılığına səbəb olması haqda məlumat yayılıb.

Azinforum.az  qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun atası Nazim Cəfərov Turan-a bildirib ki, Nizami Rayon İcra Hakimiyyətindən ona “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur” cavabı verilib.

Məsələ ilə bağlı q Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ilə əlaqə saxlanılıb. İcra başçısı bildirib ki, şəhidin valideynləri, yaxınları yüksək mədəniyyətli insanlardır və onların dəfnlə bağlı heç bir şikayət və ya arzusunu eşitməyib. Keşlədə yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn məsələsinə gəlincə isə icra başçısı bildirib ki, orada lap əvvəllərdən indiyə qədər yalnız həmin qəsəbənin sakinlərindən şəhid olanlar dəfn olunub:

“Şəhidimiz Zakir Cəfərov isə Rüstəm Rüstəmov küçəsində qeydiyyatdadır. Onun ana tərəfi keşləli olduğuna və qohumları orada yaşadığına görə ailəsinin xahişi ilə yas mərasimini həmin ərazidə keçiririk. Şəhidimiz bütün rayon rəhbərliyinin və SOCAR prezidenti, deputatımız Rövnəq Abdullayevin də iştirakı ilə böyük ehtiramla torpağa tapşırılıb. Mən özüm də müavinlərimlə bərabər daim həmin ailənin yanındayam”.

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın