Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Politoloq Eynulla Fətullayevi haqlı saydı – “Suzan Caqinyan Xocalı abidəsi qarşısında baş əyib”

Politoloq Eynulla Fətullayevi haqlı saydı – “Suzan Caqinyan Xocalı abidəsi qarşısında baş əyib”

Eynulla Fətullayevin siyasi görüşlərini bəyənib, bəyənməmək hər kəsin şəxsi işidir. Eynulla Fətullayev Ermənistan vətəndaşı jurnalist Suzan Caqinyanı işə götürüb. Bu o şəxsdir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Xocalı abidəsi qarşısında baş əyib. Məgər biz demirik ki, Azərbaycan qanunlarını qəbul edən Qarabağ ermənilərini heç bir təhlükə gözləmir, onlar Azərbaycanın tərkibində rahat yaşayacaqlar. İndi Bakıda haqqın.az sayında işə düzələn Suzan Caqinyanı Azərbaycanın bütün arqumentlərini qəbul edir, bu bir ilkdir və bundan istifadə etmək lazımdır.

Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tayınan ermənilərin sayının getdikcə çoxlalması Ermənistan hakimiyyətini, o cümlədən erməni lobbisini də çaşdırıb, bu duruma reaksiya verə bilmirlər. Onlar gözləmirdilər ki, Dağlıq Qarabağın Azərbaycana bağlı olduğunu deyən həmyerliləri olsun. Ona görə də “erməni jurnalist Azərbaycandan rədd olsun” şüarını yanlış və zərərli hesab edirəm.

Həmin erməninin Bakıdan qovulması Ermənistanın keçmiş prezidenti Robert Köçəryan çörəyinə yağ sürtmək, onun arqumentini gücləndirmək deməkdir. Çünki, məhz Köçəryan deyirdi ki, ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, ortada etnik dözümsüzük var. İndi biz əksini sübut etməliyik, yox əgər erməni jurnalist Azərbaycandan qovularsa, Köçəryanın dediyi təsdiq olunacaq.

Bizə bumu lazımdır?
Mən hakimiyyətin xeyir-duası ilə yaradılan “sülh platformasın”da da qəbahətli heç nə görmürəm. Əgər bu platforma ətrafında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki haqlarını qəbul edən ermənilərin sayı çoxalacaqsa, bunun nəyi pisdir ki? Şəxsən mən Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə inanmıram, işğalçıya təzyiq lazımdır. Ancaq bir əlimizdə silah olmalıdırsa, digər əlimizdə kağız və qələm də olmalıdır ki, erməni cəmiyyətinə müxtəlif ismarıclar göndərək.

Bu işdə bizə məhz “sülh platformasında” yer alan ermən fəallar kömək etməli olacaqlar. Onların sayı da getdikcə artır. Yenə də təkrar edirəm, işğalçı ilə savaş yalnız cəbhə bölgəsində getmir, bu həm də bir beyin oyunudur və bu yarışda da düşməndən öndə olmaq məcburiyyətindəyik.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın