Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Oğlunun şərlənərək həbs edildiyini deyən ana ölkə başçısına müraciət etdi – ŞİKAYƏT

Oğlunun şərlənərək həbs edildiyini deyən ana ölkə başçısına müraciət etdi – ŞİKAYƏT

Bakı şəhər sakini  İsmayılova Ərkinaz Xandadaş qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya  və digər  rəsmi şəxslərə ünvanladığı şikayət məzmunlu  müraciətin bir nüsxəsini də Azinforum.az saytına göndərib. Şikayətçi taksi sürücüsü olan oğlu  İsmayılov İsmayıl Yunus oğlunun iştirakçısı olmadığı cinayət əməlinə görə təqsirləndirilərək 10 il 06 ay müddətinə azadlıqdan məhrum olunmasına etiraz edir və ölkə başçısından bu işi şəxsi nəzarətinə götürməyə xahiş edir. Azinforum.az həmin müraciəti təqdim edir:

“Cənab Prezident və mürəciət etdiyim digər rəsmilər!
Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim Sizə müraciət etməyimin səbəbi oğlum İsmayılov İsmayıl Yunus oğlunun əsassız yerə məhkum edilərək ağır cəzaya məhkum edilməsi ilə bağlıdır.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2015-ci ildə hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə çıxarılan hökmünə əsasən, Cinayət Məcəlləsinin 181.3.2 və 182.3.2 maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan mərhum edilib. Qeyd etmək istəyirəm ki, bu cinayət işi ilə 4 nəfər məhkum olunub, onlardan biri də mənim oğlumdur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim oğlumun bu cinayət işində zərrə qədər də olsun təqsiri yoxdur. Bu cinayət işində zərərçəkən kimi tanınan Əliyev Vüqar İlham oğlu da verdiyi ifadələrdə mənim oğlumun ona qarşı heç bir cinayət əməlinə yol vermədiyini Məhkəmədə bəyan edib. Oğlum cinayət işində təqsirləndirilən digər şəxlərlə hadisənin törədildiyi zaman bir yerdə olmayıb. Hamı bilir ki, mənim oğlum taksi fəliyyəti ilə məşğul olur. Cinayət işində adı keçən digər şəxslərdən bəziləri bizimlə yaxın qonşudur. Həmin adamlar İsmayıla zəng edib deyiblər ki, zərərçəkən Vüqarı taksi ilə mənzil başına çatdırsın. O da pulunu alıb bu işi görüb.
Yasamal rayon Polis İdarəsində aparılan ilkin istintaq zamanı da mənim oğlum azadlığa buraxıldı. Müstəntiqin özü də mənə dedi ki, yüngül hörmət etsəniz oğlunuzun adını bu işdən birdəfəlik çıxara bilərəm.Biz çox kasıb ailəyik. Mənim həyat yoldaşım çox cavan yaşında rəhmətə gedib. Mən zülümlə və halal zəhmətimlə 3 uşaq böyütmüşəm. Təbii ki, müstəntiqə verməyə pul tapa bilmədiyim səbəbindən mənim oğlumu da bu cinayətin “iştirkçısına” çevirdilər. Digərlərindən fərqli olaraq mənim oğlumu bir neçə aydan sonra məhkəmə zalında həbs ediblər. Oğlumun zərrə qədər də təqsiri olsa mən Sizə müraciət etməzəm. O, bir neçə ay idi ki, ailə qurmuşdu. Kimisə taksi şoferi kimi harasa aparmaqla bir gəncin taleyini məhv etmək olmaz axı.
Cənab Prezident! Siz hər zaman sadə xalqın qaydına qalan bir dövlət başçısısınız. Sizdən və digər rəsmilərdən xahiş edirəm ki, bu işin obyektiv araşdırılmasına göstəriş verilsin. Hazırda iş baxılması üçüb Bakı Apelliyasiya Məhkəməsinə göndərilib. Ümidim sizlərədir.
Əvvəlcədən Sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm”.

Azinforum.az

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın