Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Əli Abbasov : “Nazirlik əməkdaşlarından saxlanılanlar var”

Əli Abbasov : “Nazirlik əməkdaşlarından saxlanılanlar var”

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır.

Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Milli Təhlükəsizlik Nazirliyi işi” ilə bağlı aparılan həbslərə və istintaq araşdırmaları barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ə.Abbasov qeyd edib ki, bu ilkin araşdırmalardır və bununla bağlı olaraq digər müəssisələrdə də araşdırma aparılır: “Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

Nazir deyib ki, hazırda nazirlik əməkdaşlarından müvəqqəti saxlanılanlar var: “Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.

Ə.Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması ilə bağlı yayılan xəbərlər barədə suala cavab verməkdən imtina edib (APA).

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın