Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Elmarı bu cəllad öldürüb” – Eynulla Fətullayevdən sensasion açıqlama

“Elmarı bu cəllad öldürüb” – Eynulla Fətullayevdən sensasion açıqlama

Araşdırmaçı jurnalist, haqqin.az portalının sahibi Eynulla Fətullayev özündə ciddi iddiaları daşıyan sensasion açıqlama ilə çıxış edib.
Özünün facebook səhifəsində jurnalist açıq mətnlə iddia edir ki, “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovu MTN generalı Akif Çovdarov öldürtdürüb. Bundan əvvəl də oxşar iddialarla çıxış edən E. Fətullayev yazır : “Deməli, bu quldur Akif Çovdarov 26 aprel 2006-cı ildə Almaniyada ürəklə bağlı ciddi əməliyyat keçirib. Bu gün vəkili açıqlama verib. 2005-ci ilin martın 2-də isə jurnalist Elmar Hüseynovu qətlə yetirib. 1 il 1 aydan sonra ürəyi dözməyib alçağın. Qorxudan!!! Çünki artıq çoxlarına məlum idi ki, Elmarı bu cəllad qətlə yetirib. Dairə qapanmışdı…”
****
Eynulla Fətullayev mərhum Elmar Hüseynovun yaxın dostu olub və onun qətlindən sonra , bu qorxunc cinayətin araşdırılması istiqamətində böyük işlər görüb. Bir çox müşahidəçilər E. Fətullayevin bir zamanlar həbs olunmasını da bu araşdırmalarla əlaqələndirirlər.
Musavat.com

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın