Ana səhifə / Araşdırma / Bakıda məmur yol qəzasında öldü – Fotolar

Bakıda məmur yol qəzasında öldü – Fotolar

Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“ Azinforum.az ” Anspress-ə istinadən xəbər verir ki, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb. 10-UK-280 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan 1979-cu il təvəllüdlü Ramin Mərdan oğlu Qurbanov idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.

Hadisə zamanı minik maşını deformasiyaya uğrayıb, ağır bədən xəsarətləri alan 37 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Qəzaya ilkin səbəb kimi hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşilması göstərilir.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dünyasını dəyişən Ramin Qurbanov Xətai Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mütəxəssis işləyib.

 

Bakıda məmur yol qəzasında öldü -  Fotolar
Bakıda məmur yol qəzasında öldü -  Fotolar
Bakıda məmur yol qəzasında öldü -  Fotolar

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın