Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / DAK Türkmənlərlə bağlı müraciət etdi

DAK Türkmənlərlə bağlı müraciət etdi

Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib.

Dünya Azərbaycanlıları Konqresinin sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Yaxın Şərqdə türkmən faciəsi yaşanır və dünya birliyi, böyük dövlətlər bu faciəyə laqeyd yanaşır: “Bütün dünyanın gözünün qarşısında bizim parçamız olan xalq ölümlə üz-üzədir. Ortadoğu projesinin əsas hədəfi türklük və Türkiyədir. İraqda və Suriyada türkmənlər hədəfdədir, dünyanın səsi çıxmır. Mosul üçün türkmənlər silah istəyir, onlara silah verilmir. Qısa müddətdə 1500 türkmən oğurlanıb, işgəncələrə məruz qalıb. Bu, insanlığa qarşı soyqırımdır. Türkmənlərin varlığı təhlükə altına düşüb. İraqdakı türkmənlər bəzən Azərbaycan bayrağı ilə vuruşurlar, amma təəssüf ki, belə bir vəziyyətdə nə Türkiyənin, nə Azərbaycanın mövqeyi yoxdur. “Qarabağı həll etdik ki, Kərkükü düşünək?” deyənlər, bu fikirlə yaşayanlar yanılır. Bütün türklər bizim soydaşımızdır, onların dərdi bizim dərdimizdir. Fikir adamları bu millətin faciəsinə yanmalıdır. Sosial şəbəkələrdə nəyə görə bu dərdə laqeyd yanaşılır? Biz hər addımda bu faciələri dünyaya çatdırmalıyıq”.

Dəyirmi masada Telman Nüsrətoğlu məruzə ilə çıxış edib, türkmənlərin tarixi, müasir vəziyyəti ilə bağlı məlumat verərək mövcud bölgənin əsrlər boyu türklərin yaşayış məskəni olduğunu, bu gün isə xristian aləminin bu ərazilərə yenidənsahib olmaq üçün müharibələr təşkil etdiklərini qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı Suriya və İraqda türkmənlərə qarşı soyqırım aparıldığını qeyd edərək, yalnız Türkiyənin türkmənlərin yanında olduğunu bildirib: “Türkmənlər Azərbaycanı öz vətənləri hesab edirlər. Təəssüflər olsun ki, Azərbaycanda heç kimdən səs çıxmır. Çünki işin içində Rusiya da var”. Tənzilə Rüstəmxanlı çıxışında Orta Asiya və Türk Cümhuriyyətlərini də qınayaraq onları səssiz qalmamağa Türkmən eli üçün bir olmağa çağırıb.

DAK Azərbaycan nümayəndəliyinin rəhbəri, BDM sədri İsmayıl Ağayev isə çıxış edərək, bildirib ki, BDM və Azərbaycan Turan Ocağının birgə təşəbbüsü ilə Türkmən elinə yardım məqsədilə bank hesabı açıldığını və artıq Azərbaycan və Türkiyədən həmin hesaba vəsaitlərin daxil olduğunu qeyd edib.

Daha sonra DAK idarə heyətinin üzvləri hüquqşünas Adil Minbaşı, Zəlimxan Məmmədli, keçmiş baş nazir Pənah Hüseyn, Ümid Partiyasının sədr müavini Taleh Əliyev və Nemət Pənahlı çıxış edərək, türkmən elinə təcili humanitar yardımın edilməsini və soydaşlarımıza real köməkliyin göstərilməsi məqsədilə bu gün bütün Azərbaycanın Türkiyənin yanında olmasının vacibliyini vurğulayıblar. Onlar eyni zamanda Azərbaycan və Türkiyə hakimiyyətinə müraciətin qəbul edilməsini və DAK tərəfindən təcili komissiyanın yaradılaraq bir qrup ziyalının İraqa səfərinin təşkil olunması təklifini irəli sürüblər.
Tədbirin sonunda Dünya Azərbaycanlıları Konqresi adından müraciət qəbul edilib. Müraciətdə qərb ölkələrindən, ABŞ, İran və Rusiyadan hər cür hərbi-strateji yardım alan ərəb və kürd ordularından fərqli olaraq türkmənlər öz qan qardaşlarının yaşadığı Türkiyə və Azərbaycandan heç bir dəstək almadan talehin ümidinə buraxıldığı, İraqı və Suriyanı parça-parça etmək istəyən böyük güclər bu bölgədə türkmənləri görməzdən gəlir və dolayı yolla, milyonlarla soydaşımızı bu coğrafiyada yox etmək planını həyata keçirirlər deyə bildirilib. Müraciətin sonunda qeyd edilib ki, DAK bu bölgənin ən qədim xalqlarından birinə qarşı 21-ci yüzildə tətbiq edilən bu kütləvi qırğın siyasətini qətiyyətlə pisləyir və dünyanın sülhsevər qüvvlərini, vicdan sahiblərini, İraq və Suriyanın dinc türkmən əhalisinin müdafiəsinə səsləyir.

Click to enlarge image IMG-20161111-WA0018.jpg

 

 

dak1 dak2

 

dak6

Click to enlarge image yaxin-sherqde-movcud-durum-deyirmi-masa-4.jpgClick to enlarge image yaxin-sherqde-movcud-durum-deyirmi-masa-6.jpg

  • Click to enlarge image IMG-20161111-WA0018.jpg

  • Click to enlarge image IMG-20161111-WA0019.jpg
  • Click to enlarge image IMG-20161111-WA0020.jpg
  • Click to enlarge image yaxin-sherqde-movcud-durum-deyirmi-masa-1.jpg
  • Click to enlarge image yaxin-sherqde-movcud-durum-deyirmi-masa-2.jpg
  • Click to enlarge image yaxin-sherqde-movcud-durum-deyirmi-masa-3.jpg
  • Click to enlarge image yaxin-sherqde-movcud-durum-deyirmi-masa-4.jpg
  • Click to enlarge image yaxin-sherqde-movcud-durum-deyirmi-masa-5.jpg

– See more at: http://3.xalafo3m.bget.ru/index.php/siyas-t/item/819-dak-tuerkm-nl-rl-bagl-mueraci-t-etdi#sthash.K0O8WCDR.7yCMzYUe.dpuf

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın