Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nəsimi rayon məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasında…

Nəsimi rayon məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasında…

Prezident İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan 40 nəfər məktəbli növbəti dəfə səfərə yola düşəcək.

Nəsimi İcra Hakimiyyətindən Azinforum.az-a verilən xəbərə görə, 12-15 noyabr 2016-cı il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün VI maarifləndirici tur-aksiyası təşkil olunub. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Lənkəran – Masallı – Astara rayonlarına səfər edəcək. Nəsimi rayon məktəbliləri ilə görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib. Bldirib ki, tur-aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq.

Qeyd olunub ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyəti yeniyetmələr üçün respublikamızın dilbər güşələrində – bələ və Quba rayonlarında hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələri təşkil edib.

«Ölkəmizi tanıyaq» VI tur-aksiyası üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilib. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunub.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən valideyinlər və məktəblilər uşaqlara göstərilən xüsui diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın