Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Bir başqası ermənidən pul alıb onun hüquqlarını müdafiə etsəydi, həmən bu Aslan İsmayılov o dığ-dığ səsiylə zəhləmizi tökmüşdü”– QALMAQAL

“Bir başqası ermənidən pul alıb onun hüquqlarını müdafiə etsəydi, həmən bu Aslan İsmayılov o dığ-dığ səsiylə zəhləmizi tökmüşdü”– QALMAQAL

Sabiq deputat Etibar Hüseynovla tanınmış hüquqşunas Aslan İsmayılov arasında qalmaqal yaranıb.
Hər iki şəxs facebook səhifəsində bir-birlərinə təhqir dolu ifadələr yazıblar.
Etibar Hüseynov Aslan İsmayılov haqqında deyib:
“Bircə onu bilirəm ki, indi bir başqası ermənidən pul alıb onun hüquqlarını müdafiə etsəydi, həmən bu Aslan İsmayılov o dığ-dığ səsiylə zəhləmizi tökmüşdü. İl boyuda millətdən, vətəndən, qeyrətdən danışır bu cür zatdar”.
Aslan İsmayılovun Etibar Hüseynova cavabı isə belə olub:
“Adını balaca hərflərlə yazdığın insanın otağımda boynu bükülü imdad dilədiyin nə tez yaddan çıxdı? Bəs sənə pulsuz vəkillik etməyim, bəs ünvanıma dediyin təriflər? Deyəsən vəzifə söz veriblər? Ömrünü yallanmağa sərf etdin.”
Etibar Hüseynovun növbbəti cavabı isə Aslan İsmayılova belə bildirib:
“Hər sənin kimisi haqqında dediyimə görə vəzifə umsaydım indi başqa yerlərdə olardım. Ömrünü gündə birinin qoltuğunda keçirib yallannanı isə hamı tanıyır, Allaha Şükürlər olsun. O ki qaldı pulsuz vəkillik eləyən qarşısında boynu büküb imdad diləyənə,…. Bir az abrın, həyan olsun.”

unikal.org

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın