Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Maşallah Əhmədov sahibkara qarşı 156 min manatlıq dələduzluq edib – Vəkil

Maşallah Əhmədov sahibkara qarşı 156 min manatlıq dələduzluq edib – Vəkil

Dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədov zərərçəkmiş Yusif Əzizova qarşı 156 min manat məbləğində dələduzluq edib.

Bu barədə Trend-ə açıqlamasında zərərçəkmiş Y.Əzizovun vəkili Neman Kərimov deyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərərin ödənilməsi ilə bağlı bəzi hərəkətlər etsə də, məhkəmə prosesi ərəfəsində zərərçəkmişə heç bir məbləğ ödəməyib: “Maşallah Əhmədov Yusif Əzizovdan 128 min manatlıq daş alıb, pulunu mənimsəyib. Bundan başqa o, zərərçəkmişdən əlavə olaraq oğlunu işə düzəltmək və borc adı ilə üst-üstə 28 min manat alıb. Həmin puldan ibtidai istintaq dövründə Maşallah Əhmədov zərərçəkmişə cəmi 11 min manat qaytarsa da, qalan 145 min manatı qaytarmayıb”.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxs ibtidai istintaqa mülki iddia qaldıraraq ona ümumilikdə 300 min manat maddi və mənəvi zərər dəydiyini bildirib: “Müdafiə etdiyim şəxs həmin məbləğin 100 min manatını Maşallah Əhmədova bağışlamağa razıdır ki, qalan məbləğ ödənilsin. Ancaq Maşallah Əhmədov borclu olduğu məbləği qaytarmır”.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dələduzluqda təqsirləndirilərək saxlanılıb və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bir müddətdən sonra isə Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsindəki həbs qətimkan tədbiri qərarını ev dustaqlığı ilə əvəz edib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın