Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bakıda silahlı “qoçu dəstəsi” dünya çempionu və onun tələbələrinə hücum etdi – Yaralılar var

Bakıda silahlı “qoçu dəstəsi” dünya çempionu və onun tələbələrinə hücum etdi – Yaralılar var

Martın 19-da saat 21: 40 radələrində bir qrup qocu dəstəsi Marafon idman klubuna hücum edib.
Avropa.info-nun əldə etdiyi məlumata görə, 17 nəfərdən ibarət olan əli silahlı şəxslər həmin vaxt Marafon idman klubunda öz qrupu ilə məşq keçən qaydasız döyüş üzrə dünya çempionu Əli Nəcəfi və onun tələbələrinə hücum ediblər.
Hücum nəticəsində zalda məşq edən 4 nəfərin ağır xəsarətlər aldığı, 10 yaşlı uşağın döyüldüyü, bir nəfərin isə qolunun kəsildiyi və çənə sümüyü qırıldığı bildirilir.
İdman klubuna hücum edən şəxslərin “TT Fight” idman klubundan gəldikləri qeyd olunur. Məlumata görə, dünya çempionu və onun tələbələrinə hücum çəkən qoçu dəstəsinə “TT Fight”də çalışan Ziyadxan adlı şəxs başçılıq edib.
Hadisəylə bağlı Binəqədi rayon polis idarəsində cinayət işi açılıb və idman klubuna hücum edən şəxslərdən 4-ü həbs olunub.
Mövzunu diqqətdə saxlayacayıq.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın