Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qan verməyin insana faydası

Qan verməyin insana faydası

Qan vermək hər bir sağlam insanın bəşəri borcudur. Lakin qan verən insanın bilməsi vacib olan şərtlər var. Qan vermənin faydaları çoxdur. Azinforum.az sizlərə təqdim etdiyi bu faydalardan özünüzü məhrum etməyin, diqqətlə oxuyub, düşünün. Qərar sizlərindi.

Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90 faiz aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir.

Qəza nəticəsində yaralanan birinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən bir körpənin, qan vurulmazsa öləcək bir xəstənin sizin verdiyiniz qanla həyata qayıtması ilə sizə verdiyi mənəvi rahatlıq isə ölçüsüzdür.

Kimlər qan verə bilər?

18 – 65 yaşları arasında olan hər sağlam insan qan verə bilər. Kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Çəkisi 50 kiloqramdan çox olan hər kəs qan verə bilər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. Davamlı qan vermək insan orqanizmi üçün nəinki ziyan əksinə bir çox xeyirli tərəfləri var.

Anemiya

Qan azlığı olan insanlar, əlbəttə, donor ola bilməzlər. Anemiya qan testləri vasitəsilə müəyyən olunur. Qan vermək üçün əsas meyar hemoglobinin dəyərləndirilməsidir.

Bəzi dərmanları qəbul etdiyimiz müddətdə qan vermək olmaz. Qan vermədən öncə vacib olmadığı halda dərman qəbul etməyin. Qan təzyiqi 180 mmHg keçməməlidir.

Kimlər qan verə bilməz?

Hepatit B – heç bir zaman qan verə bilməzlər.

Hepatit C – heç bir zaman qan verə bilməzlər.

AIDS – heç bir zaman qan verə bilməzlər.

Malyariya – müalicə olunandan 3 il sonra qan verə bilərlər.

Vərəm – müalicə olunandan 5 il sonra qan verə bilərlər.

Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər.

Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər. Bronxit-xroniki xəstələr qan verə bilməz.

Epilepsiya xəstələri qan verə bilməzlər.

Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan hədiyyəsi edilməz.

Diabet qanda şəkərin miqdarı normal olan halda qan verə bilər.

Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər.

Allergiya – asma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər.

Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər,

Sən də qan ver və bir insan həyatını xilas et!

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın