Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bəylər Əyyubovun hərbi komissar bacısı oğlu tutuldu

Bəylər Əyyubovun hərbi komissar bacısı oğlu tutuldu

General Bəylər Əyyubovun bacısı oğlu, Lənkəran rayonunun hərbi komissarı Əqid Bayroyev saxlanılıb. Bu barədə məlumatı Musavat.com-a Lənkərandakı mənbələr verib.
İlkin məlumata görə, Əqid Bayroyev Masallıda tutulub. O, iştirak etdiyi toy məclisində dava salıb. Hadisə yerinə gələn polis əməkdaşları Bəylər Əyyubovun bacısı oğlunu saxlayıblar. O, hazırda Masallı rayon Polis İdarəsindədir.
Qeyd edək ki, Əqid Bayroyev bundan əvvəl Mingəçevirin hərbi komissarı işləyib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın