Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Müfəttişi saymadı, maşını üstünə sürdü – Reyd+Video

Müfəttişi saymadı, maşını üstünə sürdü – Reyd+Video

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər davam edir. Növbəti reyd Şamaxıda baş tutub.

“Qafqazinfo” xəzər xəbər-ə istinadən xəbər verir ki, reyddə gərgin anlar yaşanıb.

Şamaxıda da qanunsuz sərnişindaşımaya qarşı reyd keçirib. Reyd zamanı bir sıra qayda pozuntusuna rast gəlinib.

Şamaxıda keçirilən reyd zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini sənədsiz idarə etməsi məlum olub.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şamaxı Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı bir sıra qayda pozuntusu aşkar edilib.

Qayda pozuntusuna yol verən sürücülər cəzalandırılıb. Bunlardan bir qismi yerindəcə cərimələnib, bir neçə avtomobil cərimə meydançasına aparılıb.

Bəzi sürücülər vəzifəsini yerinə yetirən məmurlarla mübahisə etməkdən çəkinməyiblər. Elələləri də olub ki, göz görə-görə sərnişin daşımadığını iddia edib.

Reyd zamanı həyacanlı anların da şahidi olduq. Saxla əmrinə tabe olmayan sürücülərdən biri avtomobili müfəttişlərin üzərinə sürməkdən çəkinməyib.

Cəzaya qarşı daha aqressiv reaksiya verən bəzi sürücülər isə reydi işıqlandırmaq üçün ərazidə çəkiliş aparan əməkdaşlarımıza mane olmağa çalışıblar.

Belə reydlərin davamlı surətdə aparılacağı nəzərdə tutulur.

 

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın