Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda deputatın qızının evində oğurluq – Külli miqdarda qızıl və zinət əşyaları aparıldı

Azərbaycanda deputatın qızının evində oğurluq – Külli miqdarda qızıl və zinət əşyaları aparıldı

Milli Məclisinin deputatı Tahir Süleymanovun qızının evində oğurluq hadisəsi olub.
Avropa.info-nun əldə etdiyi məlumata görə, naməlum şəxslər deputat Tahir Süleymanovun qızının Şabran şəhərində yerləşən evini qarət ediblər.
Oğruların evdən külli miqdarda qızıl və müxtəlif növ zinət əşyaları apardığı bildirilir. Əməkdaşımız məsələ ilə bağlı Tahir Süleymanovdan münasibət öyrənmək üçün ona dəfələrlə zəng etsə də telefonun dəstəyini qaldıran olmayıb.
Qeyd edək ki, Tahir Süleymanovun bir qız övladı var və o Şabran xəstəxanasında həkim işləyir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın