Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarovun “Holter” tələbi yenə rədd edildi- həbsdəki general narazıdır

Akif Çovdarovun “Holter” tələbi yenə rədd edildi- həbsdəki general narazıdır

Martın 27-də Sabunçu rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib.
Sadiq Rəsulov Çovdarovun “Holter” aparatı vasitəsi ilə müayinə edilməsi barədə vəsatət verib. Ürək əməliyyatı olunan Çovdarov səhhəti ilə bağlı düzgün rəyin ancaq bu aparat vasitəsi ilə müayinə edildikdən sonra verilə biləcəyini deyir.
Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məhkəmənin səlahiyyətinə aid deyil. Qeyd edək ki, artıq bir neçə dəfədir ki, eyni vəsatət məhkəmə tərəfindən rədd edilir.
Vəkil Sadiq Rəsulov musavat.com-a açıqlamasında deyib ki, bir müddət əvvəl Çovdarov aclıq aksiyası keçirən zaman Ədliyyə Nazirliyinin tibb baş idarəsi onu “Holter” apartı ilə müəyinə etmək istəyib.
Vəkilin sözlərinə görə, həmin vaxt Çovdarov aclıq aksiyası keçirdiyi üçün bundan imtina edib və aclıq aksiyasından 10 gün sonra müayinə edilməyə razılaşıb.
Vəkil bildirib ki, onlar tibb idarəsinə müraciət edərək müayinənin keçirilməsini istəyilər. Lakin idarə bunun üçün məhkəmə qərarı tələb edirlər. Məhkəmə isə bunun onların səlahiyyətinə aid olmadığını deyir.
Məhkəmə prosesinin davamında zərərçəkmiş şəxslərdən “Azərtikinti ATF” şirkətinin rəhbəri Azər Quliyevin (Azər Quliyev bir neçə il əvvəl vəfat edib. Məhləmədə onu hüquqi varisi təmsil edir) epizodu üzrə şahid dinlənilib.
Şahid qismində ləğv edilmiş MTN-nin əməkdaşı olmuş Əziz Əzizov bildirib ki, rəisi olmuş MTN zabiti Səlim Məmmədovun göstərişi ilə bir dəfə “Azərtikinti ATF” şirkətində olub. Şahid bu epizodla bağlı əlavə heçnə bilmədiyini söyləyib.
Məhkəmə prosesi fasilədən sonra davam edəcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
moderator.az

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın