Şənbə , Avqust 24 2019
Ana səhifə / Cəmiyyət / Xanım icra başçısı maşının 001 nömrəsini kişi başçıdan ala bilmir – FOTO

Xanım icra başçısı maşının 001 nömrəsini kişi başçıdan ala bilmir – FOTO

İradə Gülməmmədova hazırda «002» seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb
Zakir Fərəcovun Sumqayıta təyinat almasından sonra Abşeron rayonuna onun müavini işləmiş İradə Gülməmmədovanın təyin edilməsi hər iki isimlə bağlı zaman-zaman maraqlı iddiaların ortaya çıxmasına səbəb olub. Bu təyinatdan öncə adı heç bir siyasi çevrələrdə çəkilməyən İradə Gülməmmədovanın birdən-birə Abşeron kimi böyük bir rayona gətirilməsi o dövürdə də təəccüb doğurmuşdu. Daha sonralar bu təyinatın altında Zakir Fərəcovun adının yatdığı ortaya çıxmışdı.
İradə Gülməmmədovanın fəaliyyəti ilə bağlı azxeber.com-a daha bir ilginc məlumat daxil olub. Məlumata görə, İradə Gülməmmədova Zakir Fərəcovdan o qədər asılı vəziyyətdə qalıb ki, hətta xanım başçı ona məxsus olmalı olan 01-AA-001 seriyasılı nömrəsini belə geri ala bilməyib. Məlum olduğu kimi, Z.Fərəcov Sumqayıta təyinat aldıqdan sonra məhz bu seriyalı avtomobili ilə Sumqayıt Rayon İcra Hakimiyyətin getmişdi. O hələ də bu nömrəni Abşeron Rayon İcra Başçısı olan İradə Gülməmmədovaya qaytarmayıb. Xanım icra başçısı isə hazırda “002” seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb.

Həmçinin oxuyun

Səfir pianoda Azərbaycan mahnılarını ifa etdi – VİDEO

Ötən gün İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani media nümayəndələri ilə görüşüb.  Səmimi ortamda baş …

Bir cavab yazın