Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Şou Biznes / İcra başçısının oğlu maşınını satışa çıxardı – Elan (FOTO)

İcra başçısının oğlu maşınını satışa çıxardı – Elan (FOTO)

Sabirabad rayon icra başçısının oğlu avtomobilini satır. 

​Bu barədə afn.az-a oxuculardan biri xəbər verib.

Mənbə bildidirir ki, başçı Nazim İsmayılovun oğlu Anar İsmayılov avtomobil satışı üzrə fəaliyyət göstərən elan saytlarından birində özünün “Toyota Land Cruisez” markalı avtomobilini satışa qoyub.

Elanda qeyd edilib: “Tormozların antiqapanma sistemi (ABS), təhlükəsizlik yastıqları, park radarı, yağış sensoru, ksenon lampalar, dumana qarşı işıqlar, mərkəzi qapanma, yüngül lehimli disklər, kondisioner, klimat-kontrol, kruiz-kontrol, lyuk, avtomatik şüşəqaldıranlar, qızdırılan oturacaqlar, yan güzgülərin qızdırıcısı, audiosistem, dəri salon, bort kompüter, naviqasiya sistemi / TVD/DVD, cd-çeyncer. Avtomobil əla vəziyyətdədir, heç bir xərc tələb etmir, probeq dəyişdirilməyib, vuruğu yoxdur, 2015 modelə yığılıb. “Lexus 570″-ə barter edərəm. Fikri ciddi olanlar narahat etsin”.

Daha sonra satan şəxsin adı (Anar) və nömrəsi qeyd edilib. Avtomobil 36 min dollara satışa qoyulub. 

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …

Bir cavab yazın