Cümə , Avqust 14 2020
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Yeni ilin gəlişini belə qarşıladı – FOTOLAR

Vasif Talıbov Yeni ilin gəlişini belə qarşıladı – FOTOLAR

Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da Yeni il və 31 Dekabr Dünya Azərbaycanlııarının Həmrəyliyi Günü münasibətilə kütləvi tədbirlər keçirilib. Dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərin qonaqları həmrəylik bayramını və Yeni ilin gəlişini qarşçıılamaq üçün gecə saatlarında bayram gəzintisinə çıxıblar.

Muxtar Respublika Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axşam saatlarında Heydər Əliyev prospektindəki mərkəzi meydanda konsert proqramı təşkil olunub.

Şəhər sakinləri yeni – 2016-cı ilin gəlişini gözlədikləri dəqiqələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa televiziya vasitəsilə bayram təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanıb.

Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında bayram atəşfəşanlığı olub.

 

 

Həmçinin oxuyun

Bu tələbələr Azərbaycan məktəblərinə köçürülə bilməz

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali …

Bir cavab yazın