Çərşənbə , İyul 17 2019
Ana səhifə / Cəmiyyət / Seçicilərin 92.2 faizi prezidentin səlahiyyət müddətinin 7 il olmasına “hə” dedi

Seçicilərin 92.2 faizi prezidentin səlahiyyət müddətinin 7 il olmasına “hə” dedi

Azərbaycanda Konstitusiyaya nəzərdə tutulan düzəlişlər paketinin səsə qoyulduğu və ötən gün sentyabrın 26-da keçirilən referendumun nəticələri açıqlanıb. Virtualaz.org xəbər verir ki, gecə saatlarında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında səsvermənin ilkin nəticələrini təqdim edib.

MSK sədrinin bildirdiyinə görə, 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri səsvermədə iştirak edib. Bu, təxminən 70 faizə yaxın seçici deməkdir. Referenduma çıxarılan düzəlişlərin hamısı böyük səs çoxluğu ilə dəstəklənib, belə ki, seçicilərin bu düzəlişləri dəstəkləməsinin səviyyəsi 85-93 faiz arasında dəyişib.

Məzahir Pənahovun bildirdiyi kimi ən çox dəstək görən düzəliş prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılmasını nəzərdə tutan düzəliş olub.

Konstitusiyanın 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin” təklifinə səsvermədə iştirak edən seçicilərin 92,2 faizi “hə” deyib.

Eləcə də, prezidentlik üçün aşağı yaş senzinin qaldırılması təklifi seçicilərin 90 faizindən çoxunun dəstəyini alıb. Düzəlişlər paketində “100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın” təşəbbüsünə səsvermədə iştirak edən seçicilərin 91 faizi “hə” deyib.

Azərbaycanda vitse-prezidentlər institutunun yaradılmasına, prezidentin zərurət yarandıqda öz səlahiyyətlərini növbə ilə birinci və digər vitse-prezidentlərə ötürməsinə dair təklif də seçicilərin 90 faizə yaxının dəstəyini alıb. MSK sədrinin bildirdiyinə görə bu təklifə səsvermədə iştirak edən seçicilərin 89,3 faizi “hə” deyib.

Düzəlişlər paketindəki  digər təkliflər də böyük səs üstünlüyü ilə dəstəklənib. Beləliklə, düzəlişlər paketi referendumdan keçib.

Həmçinin oxuyun

ADU-da “Çin dili körpüsü” müsabiqəsində Əsgərova Xədicə I yerə laiq görülüb

Bakı Dövlət Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə …

Bir cavab yazın