Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Eynulla Fətullayev: “Bu, torpaqları zəbt etmiş sabiq məmurlara qarşı müharibədir”

Eynulla Fətullayev: “Bu, torpaqları zəbt etmiş sabiq məmurlara qarşı müharibədir”

Virtualaz.org və haqqin.az analitik informasiya agentliklərinin rəhbəri Eynulla Fətullayev hesab edir ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsi (referendum) ölkədə torpaq islahatlarının aparılması üçün qanunverici baza yaratmaga imkan verəcək.

Virtualaz.org bildirir ki, o bunu ekspert kimi dəvət olunduğu Rusiyanın RBK televiziyasının efirində deyib.

“Müxalifət və ekspertlər ölkənin qeyri-neft sektorunun inkişaf etdiirlməsinə cagırırlar. Prezident özü də buna çagırır. Artıq neçə illərdir ki, o, Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsinə ehtiyacın oldugu haqda danışır. Amma əgər torpaqların hamısı oliqarxlar və bir çox keçmiş məmurlar tərəfindən zəbt olunubsa, bunu necə etməli? Həmin torpaqların qaytarılması üçün mexanizm olmalıdır. Bu, həmin torpaqları qamarlayan və əldə saxlayan keçmiş məmurlara qarşı müharibədir”,-deyə Eynulla Fətullayev vurgulayıb.

Vğ

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın