Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Kərəm Həsənovun görüş vaxtı dəyişdi –  Komitə sədri Göygöldə 14 avqustda olacaq

Kərəm Həsənovun görüş vaxtı dəyişdi –  Komitə sədri Göygöldə 14 avqustda olacaq

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 28 avqust 2015-ci il tarixində Göygöl rayonunda keçirəcəyi vətəndaş qəbulu 14 avqust 2015-ci il tarixinə keçirilmişdir.  Bu barədə Azinforum.az-a  ƏMDK-nın Mətbuat Xidmətindən məlumat veriblər.

Qəbulda Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:
(02220) 5-23-75, (022) 265-08-69

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın