Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / “İnter Tobacco”nun rəhbəri Fazil Rüstəmov əlili necə zəlil edir?

“İnter Tobacco”nun rəhbəri Fazil Rüstəmov əlili necə zəlil edir?

Əhməd Bodurov:“İnter Tobacco”nun rəhbəri Fazil Rüstəmov həmin tütünü öz yaxını Telman adlı şəxsə 10 qəpiyə satmağımı təkid edir.”

Millətim.info-ya Balakən rayon sakini, birinci qrup gözdən əlil olan Bodurov Əhməd Musa oglu müraciət edib. O,qarşılaşdığı süründürməçilikdən, ədalətsizlikdən gileylənib. Belə ki, Ə.Bodurov əlil olmasına baxmayaraq, zəhmətilə ərsəyə gətirdiyi tütünü sata bilmir.

Zaqatalada fəaliyyət göstərən “İnter Tobacco” şirkəti ilə müqavilə bağlayan Ə.Bodurov Balakən rayon Kortala Bələdiyyəsi ərazisində 10 hektar torpaq icarəyə götürərək tütün əkib.Məhsuldarlıq kifayət qədər yüksək olub. Ə.Bodurov qarşılaşdığı problem haqqında saytımıza ətraflı danışıb:

“Ölkə prezidenti cənab İlham Əliyevin aqrar sahəyə xüsusi diqqət ayırdığından həvəslənərək bu işə girişdim.10 hektar sahədə tütün əkdim. 95 tondan artıq tütünü yığıb “İnter Tobacco”ya hər kiloqramını 22-25 qəpiyə təhvil vermişəm. Ancaq sahədə 30 tona yaxın tütün qalıb. “İnter Tobacco”nun rəhbəri Fazil Rüstəmov həmin tütünü öz yaxını Telman adlı şəxsə 10 qəpiyə satmağımı təkid edir. Bu isə məhsulun maya dəyərini ödəmir. Şikayət etdiyim ünvanlarda, xüsusilə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tərəfindən biganəlik gördüm. Başçı mənə “mən sənə nə kömək etməliyəm ki..?” ironik cavabı verdi.

Başçının sözündən belə çıxdı ki,o,mənə tütün əkmək məsləhətini verməyib.İndi yeganə ümidim ölkə prezidentinədir. Xahiş edirəm ki, saytınız vasitəsilə səsimi cənab İlham Əliyevə çatdırın. Şikayətlərimi qulaqardına vurması bəs deyilmiş kimi, başçı haqqımı tələb etdiyimə görə məni “vsemirni demoqoq” adlandırıb.

“İnter Tobacco”nun rəhbərinə ölkə prezidentinə şikayət edəcəyimi bildirdikdə cavabı belə oldu; “İnter Tobacco”nun bir prezidenti var, o da mənəm. Get, hara istəyirsən şikayət et”-dedi.”

“İnter Tobacco” şirkəti ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …

Bir cavab yazın