Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Binəqədi məhkəməsinin hakimi qadının xəbəri olmadan onu boşayıb – ŞOK

Binəqədi məhkəməsinin hakimi qadının xəbəri olmadan onu boşayıb – ŞOK

Vətəndaş Abasova Lamiyə Əli qızı başına gələn hadisələrlə bağlı teref.info saytına açıqlama verib. Azinforum.az həmin materialı təddim edir:
“Mən Abasova Lamiyə Əli qızı 1980-ci ildə 23 sentyabrda Saatlı rayonunun Hacıqasımlı kəndində anadan olmuşam. Amma ata ocağım Bineqedi r. pasyolka Kirovdur, uşaqlığım orda keçib.
1997-ci ildə on altı yaşımda valideyinlərimin istəyi ilə öz bibim oğluyla ailə qurdum. Nigahımız yox idi, vətəndaş nigahı ilə İmişli rayonunda yaşayırdıq. Yoldaşım İmişlidəndir. Rayonun özünə gəlin köçdüm. Bir həftədən sonra Moskvaya köçdük.
99-cu ilə qədər Moskvada yaşadım. Böyük oğlum Nicata hamilə qalanda yoldaşım məni İmişli rayonuna anasıgilin yanına göndərdi. Yola getmirdik, mən uşaq ağlında idim. Onu başa düşmürdüm. Altı yaş məndən böyük idi.
Məni çox döyüb incidirdi. Anamgildən uzaq olduğum üçün əlaqə yarada bilmirdim. Hətta Nicatdan əvvəl də hamilə qalmışdım. O qədər döymüşdü ki, uşağı itirdim.
Bir dəfə soruşmuşdum ki, məni niyə döyürsən.
Qaynlarımdan biri narkomandır. Dedi ki, qardaşım mənə məktub yazıb ki, sən də mənim yolumu gedirsən. Məhv olacaqsan, o zibili at. Mən də atmışam, canıma əsəb gəlir, özümü idarə edə bilmirəm. Səni döyürəm ki, dincəlim. Keçib gedəcək.
Təsəvvür elə, ata-anası qayğısıyla böyüyüən uşaq, şillə-təpik görməyən on altı yaşlı uşağın gözünün altı ər deyilən adam tərəfindən qapqara olurdu.
Oğlum Nicatı 1999-cu il mayın 23 İmişli rayonunda evdə dünyaya gətirdim. Məni heç xəstəxanaya aparmadılar ki, bahadır. İxtiyarım nə idi bir söz deyəm, vurub adamı öldürərdilər.İpək adlı həkim çağırdılar evə. İmkanlı ailə idi, evdə mənimlə xəstəxana pulunun söhbəti gedirdi.Uşaq doğulandan sonra qayıdıb gəldik Bakıya.
İkinci övladım Səmaya hamilə olanda Bakıda yaşayırdım. Qızımın doğuluşuna az qalmış qaynanam mənə zəng vurub məni rayona çağırdı. Qızımın da rayonda doğulmasını istəyirdi.
Qaynanama telefonda dedim ki, mən evdə uşaq dünyaya gətirmək istəmirəm. Xəstəxanada dünyaya gətirmək istəyirəm. Nicatda öldüm ölümdən qayıtdım.
Xəstəxanada uşağı dünyaya gətirməyimə razı oldular. Avqustun 28 Səma qızım dünyaya gəldi. Həmin günü xəstəxanada qalmağıma icazə vermədilər.
İki həftədən sonra böyük qaynım Hacıbala yoldaşı Ema ilə rayona gəldilər. On altı ildir övladları olmurdu. Ema rus dili müəlliməsidir. Bakıda uşaq hazırlaşdırırdı. Ema Bakıya qayıtmaq istəmirdi. Deyirdi Bakıda işləyə bilmirəm, burda Lamiyənin qızına baxmağa kömək edəcəm. Oğlum Nicat kür ( şuluq red) uşaq olduğu üçün məqsədinin ancaq kömək olacağını düşünürdüm. Ağlıma pis heç nə gəlmirdi. Şəxsən özüm dayımın uşaqlarını saxlamışam. Evdə otaqlarımızın qapısı üzbəüzdür. Elə olurdu ki, qızım ağlayanda axşamlar Ema gəlib körpəni məndən alırdı ki, səhərdən baxırsan, yorulmusan. İmkan ver bir azda mən baxım. İcazə verdim, kaş verməzdi.
Ema özünü şübhəli aparmırdı. Həmin axşam tamam tərin içindəydim. Yuxuda təşvişlə qaçırdım. Hara gəldi qaçırdım. Qəfildən ayıldım, Emanın qaldığı otağın qapısına güclə yaxınlaşdım. Qapı bağlı idi. Yenə də ağlıma pis heç nə gəlmədi. Düşündüm ki, yəqin harasa gedib, uşağı da özüylə aparıb qayıdarlar.
Keçdim mətbəxə, rəhmətlik qaynatamla qayanamdandan başqa heç kimi görmədim. Yaxşı kişi idi, onun haqqında pis heç nə deyə bilmərəm.
Qaynatamgildən qızım Fatiməni soruşdum. Qızıma heç ad qoymamışdıq. Öz aləmində mənim üçün Fatoş idi.
Qaynanam özünü elə apardı ki, guya məni eşitmədi. Ikinci dəfə qızımın adını soruşanda qayıdasan ki, Hacıbalagil apardılar, narahat olma, gətirəcəklər.
Təsəvvür edin, o vaxt mobil telefon yox idi, qaynanamda ev telefonunu əvvəlcədən bağlatdırmışdı. Heç kimə zəng edə bilmirdim. Valideynlərim də təbiətcə soyuqdular, tez-tez zəng edib hal-əhval tutmaqları yox idi.
Ümumiyyətlə, əvvəllər əlaqə yaratmaq üçün indiki qədər imkanlar yox idi.
Onda atamgil Rusiyada idilər. Qardaşım hüquqda oxuyurdu, ona görə Azərbaycandan köçmüşdülər.
Sonra anamla əlaqə saxladım. Dedim qızımı məndən alıb aparıblar. Anamla atam mənim tərəfimdən olmaq yerinə susmağımı tələb etdilər. Necə susa bilərdim. Ailə sözü bir araya qoyub məni aldadıblar, qızımı da əlimdən alıblar.
Mənə yol göstərən də olmadı. İndiki ağlım olsaydı, gedərdim polis bölməsinə, aləmi qatardım bir-birinə.
Özümə yer tapa bilmirdim. Yoldaşım da o vaxt Rusiyada idi. Mənə ordan zəng vurub hədələdi. Səsimi kəsməsəm gəlib məni öldürəcək. Onsuzda qanın mənə halaldır. Bir səhv etmişəm. Uşağa görə belə edirsən? Sənin qızın heç kimə lazım deyil. Qızını verəcəyik özünə.Allah vursun səni də, sənin uşağını da.
Məndə dedim ki, eybi yox, allah ikimizi də vursun, bircə sən mənim uşağımı mənə qaytar.
İki aydan sonra İbadət Rusiyadan qayıtdı. Qızımı soruşdum, dedi qaynım Hacıqabulla Ema özləriylə Rusiyaya aparıblar. Bizi də gözləyirlər. İki qardaş orda baş-başa verib işləyirik.
Nə isə, əşyalarımı yığışdırdım, getdim bununla Rusiyaya –Pitikoriskaya.
Getdim. Nə uşaq var, nə də qardaşı.”
Ardı var..
Gələn saylarımızda Binəqədi rayon məhkəməsində bu qadına qarşı ağlasığmaz qanunsuzluqlardan söhbət açaraq Lamiyənin həyatında baş verən hadisələri araşdıracayıq!
Bizi izləyin
Lamiyənin özünün xəbəri olmadan Binəqədi rayonunda hansı hakim və necə onu boşayıb?
Qaynı Hacıbalaya uşağı anasından xəbərsiz verilmiş Lamiyənin sonrakı taleyi.
Əri Abasov İbadət ailəyə məxsus olan torpaq sahəsində 3 mərtəbəli mülkü necə Lamiyəsiz satıb?
Nərimanov rayonunda Ağa Nemətulla küçəsində tikilən göydələnlər kimin torpağının üstündə tikilib?
Bunəqədi rayon məhkməsi nədən bir ananın mal mülkünə sahib çıxmasını əngəlləyir?
Abasova Lamiyə niyə və kim tərəflərindən hədələnir?

Azinforum.az olaraq bildiririk məqalənin sonundakı anons tipli suallar Teref.info saytına aiddir. Prosesi diqqətdə saxlayacayıq və anons olunan suallarla bağlı növbəti məqalə çıxan kimi onu teref.info-ya istinadən  təqdim edəcəyik.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın