Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Gəncənin icra başçisi şəhid ailəsini ölümə məhkum edib

Gəncənin icra başçisi şəhid ailəsini ölümə məhkum edib

Gəncə şəhərindən olan şəhid ailəsi redaksiyamıza müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Mən, Hüseynov Naib Xudu oğlu şəhid ailəsiyəm, özüm ağır xəstəyəm, heç bir yerdə işləmirəm, 2 məktəbli övladım var. İkisi də əla oxuyur. Dəfələrlə Respublika Olimpiadalarında iştirak ediblər. Bu il aprel ayında keçirilən Ümumrespublika intellektual bilik yarışmasında qalib olublar, diplom və hədiyyələrlə təltif olunublar. Bu günlərdə oğlum ANS kanalında yayımlanan “Ağıl dəryası” bilik yarışmasında birinci oldu və xaricdə ödənişsiz təhsil almaq hüququ qazandı. Hər iki övladım “Qızıl” medala namizəddir. Belə bir savadlı Azərbaycan gənclərinin acından ölməsinin səbəbkarı Gəncə Şəhər İcra Hakimiyyətidir. Nəyə əsasən Gəncə şəhərini “Gənclər” paytaxtı seçiblər, biz bunu anlaya bilmirik. Çünki mənim Gəncə şəhəri Dədə Qorqud küçəsi 36 saylı binanın yaxınlığında şəxsi mülkiyyətim olan mağazam var idi. 18.08.2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti heç bir səbəb və heç bir məhkəmə qərarı olmadan qanunu pozaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır texnikayla gəlib mağazamı içindəki avadanlıqlarla birlikdə darmadağın etdi. Ailəmi bu mağazadan gələn gəlirlə dolandırırdım. Mən bütün dövlət orqanlarına dəfələrlə şikayət məktubları və teleqramlar göndərdim, qəbullarda oldum. Bu şikayətlərdən sonra icra başçısına təzyiqlər olundu. Şikayətlərin nəticəsi olaraq icra başçısı mənə 27.10.2015-ci ildə zəmanət məktubu verdi. Həmin məktubda qeyd olunurdu ki, Dədə Qorqud küçəsi 36 saylı binanın məhəllə tərəfindən mənə bütün sənədləri qaydasında olan əvvəlki mağazam kimi bütün standartlara cavab verən tam işlək vəziyyətdə 120 kv. km-lik mağaza tikib. 31.12.2015-ci ilə kimi təhvil verməli idilər. Ancaq bu günə kimi nə bir tikintiyə sərəncam verilib və nə də mağaza tikiblər. İcra Başçısı şəhid ailəsini aldadıb. İcra Hakimiyyətinə dəfələrlə məktubla müraciət etmişəm, ancaq mənə heç bir cavab verilməyib. Hər ay Prezident Adminstrasiyasında Zeynal Nağdəliyevin qəbulunda oluram. Lakin heç bir köməyi dəymir. Belə çıxır ki, onların da gücü çatmır. Məcbur qalıb səsimi qəzet vasitəsilə eşitdirmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, onun xanımı Mehriban xanımdan bizə kömək etmələrini və hüquqlarımızın bərpa olunmasını xahiş edirəm. Çünki icra başçısı bir ailəni ölümə sürükləyir”. (azadlıq.info)

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …

Bir cavab yazın