Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Qız stolun üstünə maşın açarı atdı ki, “1 gecəlik mənim ol””

“Qız stolun üstünə maşın açarı atdı ki, “1 gecəlik mənim ol””

“ATV maqazin onlarla” verilişinin “İnanmayacaqsınız” rubrikasının növbəti qonağı rejissor Kənan M.M. olub.
Moderator.azın məlumatına görə, rejissor həyatı ilə bağlı maraqlı etiraflar edib.
 
Kənan.M.M. bildirib ki, bir vaxtlar kriminal həyat yaşayıb:
“Elə bir mühitdə olmuşam ki, düzgün olmaq işə yaramırdı. Narkotik maddə istifadəçiləri ilə, oğrularla bir otaqda qalmışam. Üstümdə qaz balonu, bıçaq gəzdirmişəm. Bir dəfə Sumqayıtda qaz balonu köməyimə çatdı. Telefonumu götürmək istəyirdilər, ikisini vurdum, üçüncüyə gücüm çatmadı, qaz balonundan istifadə etdim”.
Rejissor həyatındakı sevgilərdən danışıb:
“Evlənənə qədər neçə dəfə sevmişəm. İlk sevgim ingilis dili müəlliməm olub. O qədər evli qadınlardan təkliflər almışam ki… Özümü onun kişisinin yerinə qoymuşam, razılaşmamışam. Bir qız 2 ay mənə yazdı, görüşmək istədi. Axırda görüşdüm, o qədər gözəl idi ki… Ətrinin iyi özündən əvvəl gəlirdi. Özümü söyürdüm ki, 2 ay bunu necə geri çevirmişəm? Ad günüm ərəfəsində qız mənlə görüşdü, stolun üstünə maşın açarı atdı ki, “1 gecə mənim ol”. Etiraz etdim, nəfsimin qurbanı olmadım. Halbuki çox ehtiyacım var idi, maşın alacaq qədər qazanmırdım. Sonra öz gücümə ev də, maşın da aldım”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın