Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / BP-nin reytinqi zəifləyib

BP-nin reytinqi zəifləyib

“Fitch” beynəlxalq reytinq agentliyi dünya bazarında neftin ucuzlaşması fonunda, habelə 2010-cu ildə Meksika körfəzində baş verən faciədən sonra nağd vəsait problemi ilə üzləşən BP şirkətinin uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə endirib.
Azinforum.az xəbər verir ki, “Fitch” 2014-2015-ci illərdə neftin 60%-dək ucuzlaşması səbəbindən BP-nin bu il 24-26 mlrd. dollar həcmində proqnozlaşdırılan investisiya xərclərini 20 mlrd. dollara qədər azaltdığı müəyyənləşib. BP-nin bu il nağd vəsait axınının əhəmiyyətli şəkildə azalacağı ehtimal olunur.
Meksika körfəzində 2010-cu ildə baş verən faciəyə görə 13,7 mlrd. dollar təzminat ödəyən BP-nin nağd aktivlərinin hələ də lazımi səviyyədə olduğunu vurğulayan “Fitch” şirkətə bu səbəbdən “A” reytinqi verdiyini açıqlayıb.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …

Bir cavab yazın