Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Azadlıq Radiosu təkzib edir: “… ağ yalandı”

Azadlıq Radiosu təkzib edir: “… ağ yalandı”

“Azərbaycan hökumətinin jurnalistlərimizi gözdən salmaq üçün təşkil elədiyi son cəhdlər bizim üçün sürpriz olmadı. Son təxribat, jurnalistimiz Xədicə İsmayılın həbsi kimi, Azərbaycandakı azad səsləri susdurmaq üçün aparılan kampaniyanın tərkib hissəsidir”.

Azinforum.az bildirir ki, (Azad Avropa / Azadlıq Radiosu) şirkətinin baş redaktoru Nenad Pejic Azərbaycandakı bəzi media orqanlarında AzadlıqRadiosunun keçmiş və indiki rəhbərliyi yayılan təxribatı belə qiymətləndirib.

Nenad Pejic əlavə edib ki, “AzadlıqRadiosunun əməkdaşı Kənan Əliyev bizim ən istedadlı jurnalistlərimizdəndir və ona qarşı irəli sürülən iddialar ağ yalandır.”

Yayılan məlumatlarda Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti və Xədicə İsmayılın fəaliyyəti ilə bağlı guya hansısa daxili yoxlamalar aparıldığı və nəticədə Azərbaycan xidmətinin rəhbərinin vəzifədən uzaqlaşdırıldığı iddia olunurdu.

Kənan Əliyev özü təxribatla bağlı deyib ki, “mediadan xəbərdar olanlar gözəl bilirlər ki, bir ilə yaxındır Radionun Rusiya və post-sovet məkanı üçün yeni başladığı televiziya layihəsinin İcraçı Direktoruyam və bu təyinat Xədicə İsmayılın həbsi və AzadlıqRadiosunun Bakı bürosuna hücumun başlanmasından çox öncə edilib. Ancaq paralel olaraq bu gün də Azərbaycan xidmətinin işlərinə yardım etməkdə davam edirəm. Ortalığa atılmış təxribatın arxasında kimlərin dayandığı və məqsədləri aydındır. Məqsəd Bakı bürosunun qanunsuz olaraq bağlanması və Xədicə İsmayılın həbsinə ictimaiyyətin gözündə haqq qazandırmağa çalışmaq üçün bizi ləkələməkdir”.

AzadlıqRadiosu bəyan edir ki, artan təzyiqlərə baxmayaraq Azərbaycanda fəaliyyətini 63 ildə olduğu kimi, yenə də missiyasına uyğun şəkildə, yüksək jurnalistika peşəkarlığı standartları ilə davam etdirir və bu cür təxribatlarla bizi susdurmaq mümkün olmayacaq.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın