Ana səhifə / Cəmiyyət / Sabir Rüstəmxanlı qaçan qardaşından danışdı: “Ramil Usubovla üç ay əvvəl görüşmüşəm”

Sabir Rüstəmxanlı qaçan qardaşından danışdı: “Ramil Usubovla üç ay əvvəl görüşmüşəm”

 “Daxili işlər naziri Ramil Usubovla üç ay əvvəl görüşmüşəm. Onunla qardaşım Əlövsət Əliyevə açılan cinayət işini müzakirə etmişik”.
Bunu “Report”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı nazirdən bu işin ədalətli həll olunmasını xahiş etdiyini söyləyib:

“Nazir Əlövsət Əliyevi tanıyır, polis orqanlarında çalışıb. Bu, küçədən keçən bir adam deyil ki… İstəyim odur ki, Əlövsət bəylə bağlı məsələ doğru-dürüst araşdırılsın, yəni ədalətsizlik olmasın. Amma bilirsiniz ki, hazırda istintaq gedir, nəticə nə məndən, nə də nazirdən asılıdır”.
Qeyd edək ki, Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın