Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Baş redaktor: “Fuad Hacıyevin bazar açdığı söylənilirdi, Məleykə Abbaszadəyə müraciət edəcəyik”

Baş redaktor: “Fuad Hacıyevin bazar açdığı söylənilirdi, Məleykə Abbaszadəyə müraciət edəcəyik”

“Qardaşım Mövsüm Novruz oğlu Şahsuvarov dünən Bədən tərbiyəsi və İdman Akademiyasında qabiliyyət imtahanı verib. İmtahan zamanı qaçış, məsafəyə tullanmaq və turnikdə dartınmaq üzrə üç normativ olub. Qaçış və məsafəyə tullanmaq üzrə normativlərin hər biri üzrə qardaşım müvafiq olaraq ilk və ikinci yeri tutub. Turnikdə isə normativ sayılan 11 dəfədən dəfələrlə çox çəkinib. Ancaq bu gün məlum olub ki, Mövsüm qabiliyyət imtahanından keçməyib”.

Bu sözləri Tezis.az saytının baş redaktoru Taleh Şahsuvarlı Azinforum.az saytina bildirib.

Taleh Şahsuvarlı bildirib ki, o özü də dünən qabiliyyət imtahanı verərkən qardaşını tək qoymayıb: “Mən digər valideynlərlə yanaşı Akademiyanın həyətində gözləyirdim. Orada açıq bazar söhbətləri gedirdi.

İndi o “açıq bazarı” rektor Fuad Hacıyevin başına uçurtmaq mənə borc olsun. İndi Tələbə Qəbulu üzrə quruma müraciət etməyə gedirəm və təkrar imtahan tələb edəcəm. Görək, yüzlərlə abituriyent arasında birinci və ikinci nəticəni göstərmiş, ölkənin ən məşhur klublarından futbol üzrə sertifikatlar almış, Qurban Qurbanov tərəfindən peşəkar futbola cəlb edilmək üçün dəfələrlə təklif almış bir gənci qabiliyyət imtahanından keçirməyənlər kimlərdir?”

Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …

Bir cavab yazın