Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Turoperatorlara inam itib?

Turoperatorlara inam itib?

Azərbaycanda turoperator və səyahət agentliklərinin sayı artsa da, onların vasitəsilə qəbul edilən və göndərilən turistlərin sayı azalıb.

Azinforum.az Trend-ə istinadən bildirir ki, respublika üzrə 2012-ci ildə 170, 2013-cü ildə 197, 2014-cü ildə 218, 2015-ci ildə isə 243 səyahət agentliyi və turoperator fəaliyyət göstərib. Turoperator və səyahət agentlikləri vasitəsilə qəbul edilən və göndərilən turistlərin sayı 2012-ci ildə 101 431 nəfər, 2013-cü ildə 91 961 nəfər, 2014-cü ildə 92 305 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 61 965 nəfərə enib. Turoperator və səyahət agentlikləri tərəfindən əhaliyə satılmış turizm yollayış blanklarının sayı da ötən illə müqayisədə (2013-cü ildə 65 448, 2014-cü ildə 66 233) azalaraq 44 615-ə enib. Ötən il yollayışların 44 615-i Azərbaycan vətəndaşlarına ölkə daxilində, 38 002-i ölkədən kənarda səyahət etmək üçün, 1 918-i isə xarici ölkə vətəndaşlarına Azərbaycan ərazisində səyahət etmək üçün verilib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın