Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / Bərdədə məmur özbaşınalığı: jurnalisti şil-şüt ediblər – FOTOLAR

Bərdədə məmur özbaşınalığı: jurnalisti şil-şüt ediblər – FOTOLAR

Təxminən 10 gün əvvəl Bərdədə keçirlən aksiya zamanı əndişəyə düşən rayon rəhbərliyi hadisəni lentə almaq istəyən müstəqil jurnalist İntiqam Türbəndəyevi şil-şüt etdiriblər.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və bəzi saytlarda informasiya və fotolar yayılıb.

Xatırladaq ki, Bərdədə avqustun 15-də baş tutan aksiya ilə bağlı Mia.az saytı da xəbər yaymışdı. Həmin məlumatda bildirillirdi ki, məcburki köçkünlərin narazılığı icra başçısı Vidadi İsayevlə “Qaçqınkom”un yerli nümayəndələrinin köçkünlərin dərdlərinə əlac etməmələrindən qaynaqlanıb. İddiaya görə, məcburi köçkünlərin etirazlarının səbəbi Bərdə-Yevlax yolunda qaçqınlar üçün nəzərdə tutulmuş mənzillərin verilməməsi olub.

Şəhərin mərkəzindəki 105 saylı peşə məktəbinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin bir qismini köçürüblər. Lakin təqribən 30-a yaxın ailə evlə təmin olunmayıb. Sakinlər bidirib ki, 125 məcbur köçkün ailəsi mənzillə təmin olunub. Qalan ailələrə isə müxtəlif bəhanələrlə mənzil verilməyib.

Aksiyaya gəldikdə isə narazıların sıralarının genışlənməməsi üçün rayon rəhbərliyi polis gücündən yararlanmaqla, etirazın qarşısını müvəqqəti olsa da, alıblar. Həmin hadisə zamanı isə müstəqil jurnalist xəstəxanalıq edilib.

İntiqam Türbəndiyev səhifəsində yazıb ki, bədənində kəskin ağrılar olmasına baxmayaraq, onu xəstəxandan çıxarıblar: “Salam dostlar. Hazırda xəstəxanada yatıram. Ancaq xəbərim olmadan məni 18.08.2015-ci il tarixdə xəstəxanadan çıxardıblar. Bədənimdə agırlar artıb. Xəstəxananın baş həkimi deyir ki, səndən ötəri mən öz vəzifəmi itirmək istəmirəm. Xahiş edirəm, mənə kömək edin…”.

Daha bir jurnalisti döyüb xəstəxanalıq ediblər

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …

Bir cavab yazın