Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Deputatın marketində fırıldaq

Deputatın marketində fırıldaq

Deputat Hac Madər Musayevin marketində soyğunçuluq və fırıldaqçılıq adi hala çevrilib. Artıq sosial şəbəkələrdə də bu haqda şikayətlər qeyd olunur. Eləcə də redaksiyamıza “Favorit” marketlər şəbəkəsi haqda müxtəlif məlumatlar daxil olur.

TİA.AZ-a edilən şikayətlərə görə, Hacı Madərin marketində müştərilər aldadılır.
Vətəndaşlar vitrinlərdə yazılan qiymətlərlə kassada ödənilən məbləğ arasında kəskin fərq görürlər. Məsələn, çörək 30 qəpikdirsə, kassada 50 qəpikdən hesablanır.
Deputatın marketindəki bu özbaşınalıqlar barədə artıq İqtisadiyyat Nazirliyinə şikayətlər daxil olmaqdadır.
“Favorit” marketlər şəbəkəsi müştəriləri aldadır, bəzi məhsulların kampaniyada olması barədə kitabçalar paylayır. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, kampaniyada olan məhsullar həddən artıq keyfiyyətsiz olur.
Market bu yolla keyfiyyətsiz və vaxtı keçmiş məhsulları istehlakçılara sırımaqla pul qazanmağa çalışır. Lakin ticarət obyektinin rəhbərliyi anlamır ki, bu cür fırıldaqçı yollarla yalnız və yalnız marketin imicinə zərər gətirə bilər.
Bundan başqa redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, sözügedən marketdə satıcılar çəkidə istehlakçıları aldadırlar. Belə ki, un, şəkər tozu, qənd, meyvə-tərəvəzi çəkərkən alıcılara kələk gəlirlər.
Alıcılar isə həmin an bunun fərqində olmasalar da, alıb evə apararkən market fırıldaqçılarının qurbanına çevrildiyini görürlər.
Bundan başqa vitrindəki qiymətlərlə kassada vurulan qiymət arasında çox fərq olur. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür. Şikayətçilər bildirir ki, sözügedən marketdə bu problemi kassada əyləşən xanıma bildiriblər, o isə üzr istəyərək səhv olduğunu bildirib: “2-ci dəfə isə məsələni bir az böyüdərək kassirə nəzarət edən məsul şəxsə şikayətimi çatdırdım.
O da üzr istəyərək səhv etdiklərini dedi. 3-cü dəfə isə artıq çox əsəbiləşərək və səs tonumu qaldıraraq “buranın sahibi kimdir, gəlsin ona öz şikayətimi deyim” dedim, heç kim gəlmədi və orada çalışanlar yenə üzr istədilər və mən marketdən çıxdım”.
Bu problemdən əlavə, marketdə kassada alınan malıhesablayarkən məbləği artıq vuraraq müştərilərin aldadırlar. Belə bir problem ilə bağlı bizə müraciət edən bir vətəndaş bu halın bir neçə dəfə təkrarlandığını söylədi.

Qeyd edək ki, “Favorit” marketlər şəbəkəsinin millət vəkili Madər Musayevə məxsus olduğu iddia edilir.
Madər Musayevin Binəqədi rayonundan deputat seçilməsi və həmin marketlər şəbəkəsinin daha çox Binəqədi rayonu ərazisində fəaliyyət göstərməsi bütün diqqəti onun üzərinə yönəldib. Yayılan məlumatlara görə, Madər Musayevə məxsus “Favorit” marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın