Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Cavid Hüseynov cəzasını evdə çəkmək istəyir

Cavid Hüseynov cəzasını evdə çəkmək istəyir

“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə vəsatətlə müraciət edilib.

Bu barədə “Report”a C.Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib. Belə ki, A.Məmmədov bu gün özü vəsatəti Səbayel Rayon Məhkəməsinə təqdim edib.

Vəkil həmçinin İtaliya mətbuatında C.Hüseynovla bağlı yayımlanmış məqalə ilə əlaqədar üzrxahlıq mətninin yer aldığını da bildirib.

Bundan əvvəl İtaliya mətbuatı ann.tv-nin videoreportyoru Rasim Əliyevin döyülməsində futbolçu Cavid Hüseynovu günahlandırıb: “Məhz mənim Avropa Şurasının baş katibi Turbyörn Yaqlandın yalanlarını ifşa edən açıqlamalarımdan sonra İtaliya mətbuatı səhvini anlayaraq müvafiq qaydada Cavid Hüseynovdan üzr istəyib”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın