Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / AZİNFORUM.AZ YAZDI, PROBLEM HƏLLİNİ TAPDI – ŞƏHİDİN  MƏZARI DÜZƏLDİLDİ

AZİNFORUM.AZ YAZDI, PROBLEM HƏLLİNİ TAPDI – ŞƏHİDİN  MƏZARI DÜZƏLDİLDİ

Bir müddət əvvəl, Qobustan rayonunun Bədəlli kəndində yaşayan şəhid anası Müstəcəbova Şəhla xanımın Azinforum.az İnformasiya Portalına ünvanladığı şikayət əsasında məqalə hazırlamışdıq.

Qeyd edək ki, şikyaət edən şəhid anası 04.04 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olan Müstəcəbov Orxan Ələskər oğlunun məzar yerinin düzəldilməsinə yerli icra hakimiyyətinin biganə yanaşmasından narazıydı.  Əhatə etdiyimiz mövzu ilə bağlı dərc edilən məqalə saytımıza istinadən ölkənin bir çox tanınmış KİV-ləri tərəfindən yayınladı.

Bu gün şəhidin ailəsi redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, mərhumun məzarı icra hakimiyyətinin birbaşa dəstəyilə yüksək səviyyədə düzəldilərək onlara təhvil verilib. Şəhidin ailəsi saytımız vasitəsilə bu işdə əməyi olan  hər bir kəsə xüsusi minnətdarlıqlarını çatdırmağı xahiş etdi.

Biz də, Azinforum.az İnformasiya Portalı adından Qobustan rayon İcra Hakimiyyətinə tənqidi məqaləyə verdikləri operativ reaksiyaya və olan neqativliyin aradan qaldırılmasına görə  xüsusi minnətdarlığımızı  bildiririk.

 

sh3

sh2

sh1

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın