Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / “Azercell”in növbəti unikal fırıldağı — FAKT+AUDİO

“Azercell”in növbəti unikal fırıldağı — FAKT+AUDİO

Azercell istifadəçiləri şirkətin onlara “texniki tələ” quraraq maddi ziyan vurduğunu iddia edirlər. Şikayətlər internet paketlərinə edilən yeniliklərlə bağlıdır. Belə ki, “Azercell” şirkəti öz rəsmi saytında internet paketlərinə edilən dəyişikliklərlə və endirimlərlə bağlı məlumat yerləşdirib. Lakin müştərilər şirkətin 2002 xidmətinə zəng edib məlumat almaq istəyərkən onlara köhnə məlumatlar verilir ki, bu da çaşqınlığa və pul itkisinə səbəb olur.

Məsələn yeni dəyişikliklərdə 100 MB-lıq internet paketi ləğv edilib, lakin 2002 xidməti hələ də müştəriyə 2 AZN-ə 100 MB paket əldə edə biləcəyini məlumat verir. Müştəri isə 2 AZN göndərsə də, 100 MB-lıq paket yeni dəyişikliklərdə ləğv olduğundan ona heç bir internet paketi gəlmir, həmçinin göndərdiyi pul da geri qaytarılmır, yəni müştəri 2 AZN ziyana düşür, bu pulu isə Azercell qazanır.

Və yaxud 1 GB-lıq internet paketinin qiyməti yeni tariflərlə 5 AZN olduğu halda, 2002 xidmətində bu paketin qiyməti köhnə tariflə, yəni 6 manat olduğu bildirilir. Beləliklə müştəri burada da 1 AZN itirir.

Məsələni dəqiqləşdirmək üçün araşdırdıq və müştərilərin haqlı olduğunun şahidi olduq. “Azercell”in rəsmi internet səhifəsində yeniliklərlə bağlı yerləşdirdilən xəbərlə 2002 xidmətində müştərilərə verilən məlumatlar bir-biri ilə uyğun gəlmir. Fakt üçün yazılı və səsli məlumatları təqdim edirik:

“Azercell”in yeniliklərlə bağlı yazılı məlumatı:

“Azercell” 2002 xidmətinin səsli məlumatı:

Qeyd:“Azercell” şirkəti bunun texniki qüsuru olduğunu iddia etsə belə, istənilən halda ziyan vətəndaşa dəyir. Lakin texniki xidmətinin dəqiqliyi ilə daim öyünən bir şirkətin belə bir kobud səhvə yol verməsi heç də inandırıcı görünmür.

Onu da əlavə edək ki, Azərbaycanda mobil istifadəçilərin təxminən 5 milyona yaxını “Azercell”in xidmətlərindən yararlanır. Bu qədər istifadəçisi olan bir mobil operatorun belə bir fırıldaqdan və ya texniki səhvdən nə qədər böyük məbləğdə gəlir götürməsini isə təsəvvür etmək o qədər də çətin deyil.

Həmçinin oxuyun

İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər (VİDEO)

Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial …

Bir cavab yazın