Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Tahir Süleyman Türkiyəni hədələdi

Tahir Süleyman Türkiyəni hədələdi

“Azərbaycan Kürdləri” İctimai Birliyinin sədri Tahir süleyman Türkiyədə baş verən olaylarla əlaqədar çağırış edib.

İB sədri Tahir Süleyman “silahları zamanında yerə qoyun” çağırışı edərək bildirib ki, Kürd xalqının varlığı tanınarsa və Türkiyənin daxilində özünü idarə etmə üsulu Rusiyada, Almaniyada,Fransada olduğu kimi həyata keçırilərsə bu mənasız müharibəyə son verilə bilər. Belə olmazsa itirən Türkiyə dövləti və orda yaşayan xalqlar olacaq:

“Birdəfəlik bilmək lazımdır ki, 100-ilə yaxındır iki qardaş xalqlar arasında mənasız savaş gedir.Səbəb Kürd xalqının tanınmaması. Məncə Kürd xalqının varlığı tanınarsa və Türkiyənin daxilində özünü idarə etmə üsulu Rusiyada, Almaniyada,Fransada olduğu kimi həyata keçirilərsə bu mənasız müharibəyə son verilə bilər. Belə olmazsa itirən Türkiyə dövləti və orda yaşayan xalqlar olacaq. Bu hadisələrdən qazanan isə, öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələrin köməyi ilə,kreslo sahibləri və kreslo sahiblərindən yararlanan məkirli xarici qüvvələr olacaqdır.

” Son günlər, Türkiyə rəhbərliyi İŞİD-ə qarşı mübarizə aparmaq adı ilə, İraq ərazisində yerləşən PKK-a düşərgələrini təyyarələrlə bomba yağmuruna tutdu. Bombalardan Qəndilin dinc əhali yaşayan kəndlələri də bombalandı, əhali arasinda ölən və yaralananlar var.

Bu gün Türkiyə parlamentində HDP-dən 80 millət vəkili təmsil olunur və onlar Türkiyə milli məclisində PKK-a adindan çıxış edirlər. AKP hökuməti bunu görmür? AKP-e görmür ki, Amerika, İngiltərə, Fransa, Almaniya bir sözlə dünya dövlətləri İŞİD məsələsində PKK-ya nəqədər silah veriblər?

Türkiyə dövləti bu saat barit çəlləyinə bənzəyir. Türkiyə təyyarələri PKK-a adı ilə İraqın Qəndili bölgəsinin kəndlərinin dinc sakinlərini bombalayır, PKK-a Türkiyəni mərkəzi şəhərlərindən tutmuş bütün əyalətlərdə silahlı əyləmlər edir, maşın yandırır, herbi mağın karvanlarına hücumlar edirlər. Türkiyə rəhbərliyi bunu görmür, kreslo xatirinə kasıb kürd və türk uşaqlarını qırğına verirlər.

Artıq bu hadisələrdən sonra, Türkiyədə yaşayan Kürd Xalqı, PKK-a ilə birlikdə Türkiyə silahlı qüvvələrinə qarşı qarşılıq verməyə başladı.Nəticədə kifayət qədər ölən və yaralananlar var. Buvətəndaş müharibəsinin başlanması deməkdir.Bu çətinvəziyyətdən çıxmağın tək yolusadə insanlar kürdü, türkü birgə əl ələ veribqarşılıqlı danışıqlar aparmaqla məsələni həll etmək lazımdır”…

“Azərbaycan Kürdləri” İctimai Birliyinin sədri, Azərbaycanda kürd dilində çap edilən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman “Axar aza”a açıqlamasında Türkiyədə müşahidə olunan son hadisələrlə bağlı mövqeyini bəyan edib və vaxt itirmədən hər iki tərəf atəşkəs elan etməli, silahları yerə qoymağa, danışıqları, sülhü bərpa etməyə çağırıb: “Türkiyədə 100-ilə yaxındır kürd məsələsinə görə insanların ölümü, faciələrlə müşahidə olunub. Otuz ildən artıq isə PKK-a ilə silahlı mübarizə davam edir.Müşahidə olunan son hadisələr qətiyyən xoşagələn, arzulanan hadisələr deyil. Bu hadisələr, başladılan proses qardaş Türkiyəyə, onun xalqlarına yaxşı nəsə vəd etmir. Bunu Türkiyə dövləti, qardaş türk xalqı, kürd xalqı bilməlidir. Bu hadisələr həm türklərin, həm də kürdlərin ziyanınadır. Birdəfəlik bilmək lazımdır ki, bu hadisələrdən qazanan, öz maraqlarını təmin etməyə çalışan Kreslo sahibləri və məkrli xarici qüvvələrdir. 2002-ci ildən PKK ilə qarşılıqlı olaraq atəşkəs elan olunmuşdu. Dəfələrlə İmrali həbsxanasında cəza çəkən, Kürd Xalqının lideri Abdulla Öcalanla Türkiyə dövləti arasında olumlu danışıqlar aparılmışdır və müsbət nəticələr də, əldə olunmuşdur. Bu məqsədlə çözüm sürəcinə dövlət tərəfindən ağıllı adamlar da secilərək məsələnin həllinə çalışılırdı. Məhz bu illər ərzində nəzərəçarpacaq dərəcədə müsbət irəliləyiş qət edilmişdi. Bu seçkilərdə HDP-nin 80-n millət vəkili ilə Parlamente girməsi, iktidarın, AKP-nin kürkünə birə saldı. Təkpartiya ilə hökuməti əldə saxlaya bilməyən AKP-e, keçmiş üsullarına əl ataraq iki qardaş xalqlar arasına qarşı durma yaratdı. Dünyanı vahimə içində saxlayan İŞİD-i ad edərək başqa ölkənin daxilində yerləşən PKK-a düşərgələrinə saldırır.Görəsən Türkiyə rəhbərliyi öz daxilində olan İŞİD-ə qarşı deyil, 2002-ci ildən atəşkəs elan etmiş İraq ərazisində olan PKK-nı niyə vurdu?

Səbəb:Türkiyənin güclənməsini istəməyən, türk xalqı ilə kürd xalqının inkişafını, firavan yaşayışına əngəl törədən xarici qüvvələr-başda Amerika, İsrail, Avropanın bir sıra dövlətləri olmaqla, Yaxın Şərqdə yeraltı, yerüstü sərvətləri ələ keçirmək üçün Türkiyədə, Suriyada, İraqda oyun oynayırlar. Oyunlarını hərbi toqquşmalar olduğu yerlərdə daha asan apara bilmək təcrübələri var. Belə ki, silah ambarlarındakı pas atmış köhnə silahlarını hər iki təəfə sataraq pul qazanırlar, müsəlmanları biri birinə qırdıraraq azaldırlar və sonda o dövlətləri borclu edərək öz təsirləri altında saxlayırlar. T.Süleyman təəssüflənir ki, Türkiyə iqtidarı bu illər ərzində kürdlərin varlığını tanıyacaq konstitusiya dəyişikliyinə getməməklə məkrli xarici qüvvələrin bu cür oyunları asanlıqla həyata keçirməsinə şərait yaratmış oldu. Vaxtında bir sıra addımlar atılsaydı, Kürd Xalqının varlığı rəsmi şəkildə tanınsaydı, xarici qüvvələr öz planlarını həyata keçirmək üçün münbit şəraitdən məhrum olardılar və bu gün Türkiyədə məlum olaylar yaşanmazdı: “Qanlı hadisələrin qarşısını almağın yolları var və gec deyil.Biz də Azərbaycan kürdləri olaraq Türkiyə rəhbərliyinə, Türkiyə xalqına, istər kürdü olsun, istərdə türkü müraciət edirik ki, təcili surətdə silahlar yerə qoyulsun, danışıqlar, çözüm sürəci bərpa edilsin. Silahların işlənməsi həqiqətən də böyük fəlakətlər gətirə bilər. İndiki zamanda İŞİD-in Türkiyəyə qarşı iddası, Türkiyəni parçalanmağa gətirib çıxara bilər. Suriyanı, İraqı göz önünə gətirsinlər. Müharibə heç kimə fayda verməyib və verməyəcək də. İlk on gündə törədilən qətliyamları, dağıntıları göz önünə gətirin. Kobanidə, Şənqaldakı olayları göz önünə gətirmək lazımdır. Ölən kasıb kürdün və türkün uşaqlari olacaq. Nə Ərdoğanın, nə Davıdoğlunun nə də kreslo sahiblərinin övladları ölməyəcək. Türkiyə dövlətində sabitlik sadə türklərə və kürdlərə çox lazımdır. Bu sabitliyin pozulması isə xarici imperialist qüvvələrə gərəkdir. İki qardaş xalq arasında çaxnaşmanın genişlənməsini istəyən qüvvələrə bu istəklərinə çatmaq fürsəti vermək olmaz. Hələ gec deyil, Türkiyə dövləti, onun türk və kürd vətəndaşları özlərini xarici düşmən qüvvələrin təhlükəli planlarının qurbanı olmaqdan birlikdə, çiyin-çiyinə dayanaraq xilas edə bilər. Xarici qüvvələr Türkiyəni böyük miqyaslı vətəndaş müharibəsinə sürükləmək planı qurublar.Suriyanı bürümüş xaosu unutmaq olmaz. Bu planın gerçəkləşməsinə Türkiyə xalqları əsla yol verməməlidirlər və düşməni sevindirməmək üçün yol vermək olmaz”.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın