Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bir ayda 124 saxta şirkət yaradılıb

Azərbaycanda bir ayda 124 saxta şirkət yaradılıb

Vergilər Nazirliyi fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçən şirkətlər barədə məlumatı açıqlayıb.

“Turan” İA-nın analizi göstərir ki, yeni şirkətlərin 25%-i saxtadır və dövlət büdcəsi vəsaitlərini mənimsəmək və gömrük əməliyyatlarında iştirak üçün yaradılıb.

Fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə 494 təşkilat daxil edilib. Agentlik öz təcrübəsindən istifadə edərək müəyyən edib ki, şirkətlərin 124-ü çirkli əməliyyatlar üçün yaradılıb. Maraqlıdır ki, bu şirkətlər elektron xidmət vasitəsilə “çap edilir”: naməlum təsisçilər qeydiyyat üçün müasir İKT-dən istifadə edir.

Bir qayda olaraq, bu şirkətlərin 2-10 manat ilkin kapitalı, sənəd qovluğu və möhürü olur. Bir müddət sonra onlar dövlət satınalmalarına cəlb edilir, yüzlərlə tender və kotirovkanın qalibi olur. Özəl şirkətlərin və fiziki şəxslərin ayrı-ayrı mal idxalı da belə şirkətlərin adına sənədləşdirilir ki, ƏDV mənimsənilsin.

Analiz göstərir ki, saxta şirkətlərin qanuni təmsilçiləri bir qrup adamdır. Bu şirkətlərin hüquqi ünvanı Bakı və rayonlarda müəyyən yerlərlə məhdudlaşır.

Agentlik onu da vurğulayır ki, saxta şirkətlərin yaradılması davam edir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın