Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycan üçün hansı məqbuldu? – Respublikaçı, ya demokratın ABŞ prezidenti olması…

Azərbaycan üçün hansı məqbuldu? – Respublikaçı, ya demokratın ABŞ prezidenti olması…

Ramiz Tağıyev: “Hillari Klinton dövlət katibi olduğu vaxt Azərbaycanda səfərdə olub”

“Azərbaycan hakimiyyəti və cəmiyyəti Hillari Klintonun prezidentliyinə müsbət baxır”

ABŞ-da prezident seçkilərilə bağlı aparılan kampaniya qızğın xarakter almağa başlayıb.
Respublikaçılar Partiyasından olan milyarder Donald Tramp populist, antiislamist, irqçi çıxışları ilə bağlı nə qədər tənqid olunsa da, partiyadaxili seçimlərdə qalib gələndən sonra öz qəribə çıxışları ilə dünyanı təəccübləndirir. Demokratlar Partiyasından isə onunla yarışacaq şəxs Hillari Klintondur. Beləliklə, Amerikada bu ilin noyabrında baş tutacaq əsas seçkilərdə məhz D.Trampla H.Klinton üz-üzə qalacaq. Əlbəttə, ABŞ-da keçiriləcək seçki marafonu Azərbaycan mediasında və cəmiyyətində də diqqətlə izlənir.
Hər kəsə məlumdur ki, Ağ Evin sahibi olan şəxs təkcə öz ölkəsinin deyil, bir çox hallarda dünyanın taleyini müəyyən edir. Azərbaycan üçün respublikaçıların və ya demokratların qalib gəlməsinin hansı önəmi ola bilər?
Tanınmış siyasətçi Ramiz Tağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ kimi ölkənin taleyini Trampa tapşırmazlar:

“ABŞ kimi ölkələrdə dərin dövlət deyilən anlayış var. Dərin dövlət hər bir prosesə nəzarət edir. Onlar Amerikanın maraqlarına uyğun siyasət yürüdəcək namizədin prezident seçilməsinə dəstək verəcək. Milyonerləri və cəmiyyətin orta təbəqəsini maarifləndirəcəklər. Kimə səs verməyin lazım olduğunu başa salacaqlar. Hesab edirəm ki, H.Klintonun prezident seçilməsi şansı daha yüksəkdir. Amerika mətbuatında respublikaçıların namizədləri olan D.Trampla bağlı çoxsaylı tənqidi məqalələr dərc olunur. Bildirirlər ki, onun prezident seçilməsi Amerika üçün faciə olacaq. Hazırkı Prezident Barak Obama da qeyd edib ki, Trampdan ölkə lideri olmaz. Deyilənləri nəzərə alaraq söyləmək mümkündür ki, ABŞ-da keçiriləcək marafonda yenidən demokratların namizədi olan H.Klinton qalib gələcək və ABŞ maraqlarına müvafiq siyasət yürüdəcək. Düşünürəm ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti Hillari Klintonun prezidentliyinə müsbət baxır. Çünki H.Klintonun birinci ledi, yəni Bill Klintonun həyat yoldaşı olduğu dönəmdən Cənubi Qafqaz haqqında təsəvvürü var. İkincisi, H.Klinton dövlət katibi olduğu vaxt Azərbaycanda səfərdə olub və iki ölkə arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişafı haqqında aydın təsəvvürü formalaşıb. Bütün bu faktorlara görə H.Klinton Prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığının davam edəcəyinə inam var”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın