Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Azərsun”un 25%-i dövlətə keçdi

“Azərsun”un 25%-i dövlətə keçdi

Azərbaycan İnvestisiya Şirkəti, “Azərsun İstehsal və Logistika” şirkətindən 25% iştirak payının əldə edilməsilə bağlı müqavilə imzalayıb.

“Marja” xəbər verir ki, bu barədə “Azərsun Holdinq”in aylıq bületenində məlumat verilib.
“Azərsun İstehsal və Logistika” Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən logistika mərkəzinə sahibdir. Logistika anbarı hər birinin sahəsi 5000 m2 olan quru və soyuq anbardan, digər infrastrukturdan ibarətdir.
Azərbaycanda istehsal olunan sənaye, ərzaq və kənd təsərrüfatı məhsullarının Qazaxıstana, Qazaxıstanda istehsal olunan məhsulların isə Azərbaycana ixracı bu Logistika Mərkəzi vasitəsilə reallaşır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın